14 янв. 2011 г.

Yazarın həkimliyi


Foto: esquero.com
Dəhşət xəstələndiyimdən 4 gün idi işə çıxmırdım. Vəziyyət o həddə çatmışdı ki, iynə-dərmanlar təsir etmirdi. Təcili yardımla gələn həkimlərdən biri "nə gönü qalın adamsan" sözünü deyəndə dondum. Sözün əsl mənasında donub qaldım... Nə isə uzun söhbətdir.


Evdə olduğum müddətdə kanalların birində yaşlı bir kişi çıxıb yeni yazarları o ki var yıxıb-sürüyürdü. Dedim bir adam tapmadılar bunu qocanı çıxartdılar. Mövzu tapmayıblar müzakirə etməyə? Yoxsa məqsədləri yazarları biabır etməkdir. Yadımdadır 2009-cu ildə Orxan Fikrətoğlu efirdən Seymur Baycana "mesaj" yollamışdı. Dedim yəqin bu da ona oxşar mövzudur. Amma nədənsə burada konkret hədəf yox idi. Nədənsə bir ara Anar dayı da gənc yazarları pisləyirdi. Amma sonra qəşəng cavab alıb sakitləşdi.

Qısa deyim bu verlis heç könlümcə olmadı. Nə bilim bəlkə də gənc yazarlardan keç kim olmamışdı ondan ya da nə bilim...  Əgər gənc yazar yazı yazanda rezonans doğurursa və bu yazıda hədəflər əsəbləşirsə demək xeyri var. Bir az sadələşdirim. Hesab edin yazar bir həkimdir, cəmiyyət isə xəstə. Həkimin məqsədi xəstəni və xəstə cəmiyyəti  sağaltmaqdır. Sadəcə burada həkim, dərmanlardan istifadə etmir. Həkim xəstənin yarasından basaraq ona əzab verir. Bəzi xəstələr, həkimi söysələr də həkim özünü ələ ala bilir və reaksiya vermir. Xəstədə  müdafiə instinkləri oyanır. Ağıllı xəstə müdafiə olunmağa çalışır. Amma bəziləri elə hey deyir qoy xəstə qalım. Belə, çalışın xəstələnməyin...



21:46:50


Комментариев нет:

Отправить комментарий