13 янв. 2011 г.

Başqasının gözündə çöp axtaranlar

Ötən gün evdə  ANS-dən xəbərlər verlişinə baxırdım. Aparıcı qız şəhərin mərkəzində brend marakalı dükanların adlarını nəyə görə ingilis dilində olmasına aydınlıq gətirməyə çalışırdı. Dükan meneceləri də, həmin dükanın rəsmi nümayəndəsi kimi burada fəaliyyət göstərdiyini desə də aparıcı öz sözündə israrlı idi.
Deyir ki, bizədə hər şey Azərbaycan dilinə keçib, əlifbamız da ama siz ingilis dilində fəaliyyət göstərirsiz. Bizim qanunumuz belə, biz belə, biz elə... uzun uzadı bir reportaj. Onu qeyd edim ki, GUESS, ZARA, H&M kimi şirkətlər sənin ölkəndə fəaliyyət göstərir deyə ad dəyişdirməlidir? Hətta yadımdadır HOT DOG adı üstündə qırğın düşmüşdü ki, bu adı  milliləşdirin. "Qaynar it". Axırda Hot Dog-un üstündə qaldılar...

Maraqlıdır, ANS bu sujeti hazıarlayanda heç özünə fikir vermişdi? Qətiyyətlə deyirəm YOX! Əgər fikir versəydilər belə bir verliş hazırlamazdılar. Adında Azerbaijan News Service (ANS) hələ də ingilis dilindədir. Ən aşağısı bunlar nəzərə alınmalı idi.

Комментариев нет:

Отправить комментарий