![]() |
Foto: google |
Quli-biyaban görürəm, qorxmuram.
Gah enirəm sayə tək ormanlara,
Yırtıcı heyvan görürəm, qorxmuram.
Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!.... (M.Ə.Sabir)
Dahi şəxsiyyətimizin bu misralarını boş yerə çəkmədim. Dekabr ayından Məhərrəmlik ayı başlayıb. Özlərinə hörmət edən islam ölkələri də xüsusi olaraq bu ayda toy, əyləncəli verlişlərinə müəyyən qədər "əl gəzdirirlər". Bəziləri isə, ümumiyyətlə yas saxlayır. Bunlardan fərqli olaraq bizdə vəziyyət bir az başqadır. Məhərrəmlik ayının ilk günlərində demək olar ki, cammat sakit idi. "Əyləncə qığılcımı" aşurada sonra alovlandı. Sanki aşuradan sanki insanlara güc gəldi.
Düzdür şadlıq saraylarında toy olmur amma müəyyən tədbir adı altında "toy" keçirirlər. Fərq ondadır ki, bu toyda bəy və gəlin yoxdur. Qalan hər şey var.
Maraqlıdır ki, məhz 31 dekabrda kanllar normal verliş yayımlamır. Sözün açığı adi günlərdə də belə olur. Amma axşam saat 8-dən sonra isə, bütün kanallarda eyni verliş, eyni müğənnilər, eyni mahnılar, eyni rəqslər və s. Fərqlilik kanalların logosunda olur. Düzdür Məhərrəmlikdə, bəzi müğənnilərin işi olmur, boş olduğundan, toyları olmadığından "Maşın Şou"-da iştiraka üstünlük verirlər. Fikir vermisinizsə maşın şoular ya məhərrəmlikdə ya da orucluq ayında olur. Balans üçün nəzərdə tutulub. İki ay az gəlməsin. 60 gündə insanların qarşısında olmayanda, hesab elə artıq unuduldun. İllərlə "sənətinə" qoyduğun pul batdı. Müğənnilər razıdılar təhqir olunsunlar amma unudulmasınlar. Fəlakət də bundadır. Rəhmətlik Sabir demişkən "Harda müsəlman görürəm, qorxuram!"
1 комментарий:
Ramazan tut priçom? O vaxt toy eləmək, daha da, savabdı.
Отправить комментарий