29 дек. 2010 г.

Vaxtıkeçmiş müğənnilər üçün əla şans

forgenc.net
Kənd yerlərində yaşayan sakinlər bunu əla bilirlər. O vaxtlar insanlar siçan əlindən çox azab çəkirdilər. Amma çox keçmədən bunun çıxış yolunu tapdılar Belə ki, iki siçanı bağlı qutunun içinə qoyub günlərlə ac saxlayırdılar. Sonda ac qalan siçanlar sözün əsl mənasında ölüm-dirim müharibəsinə girişməyə başlayırlar. Ən güclü siçan zəif siçanı yeyir.
Beləliklə həmin qalib gəlmiş siçanı azadlığa buraxırlar. Amma azadlıqda bu siçan digərlərindən
fərqli yaşayır, fərqli qidalanır. Onun "menyusunu" siçanlar təşkil edir. Qısası, kəndlərdə siçanın kökünü kəsməyin ən gözəl vasitələrindən biridir.

Bu misalı boş yerə çəkmədim. Yəqin ki, hər kəs "Maşın şou"-ya baxıb. Orada baş verən söhbətlər, iştirakçıların qeyri-adi hərəkətləri və s. Sözün açığı keçən dəfə 5 dəqiqə baxdım və yuxarıda çəkdiyim misal yadıma düşdü. Deyirəm, doğrudan maşın üstündə  insanlar özlərini öldürməyə hazırdılar. Bir-birilərinə qarşı amansız ittihamlar, söz yağışı, söyüşdən belə çəkinmirdilər. Çox üzüldüm... Azərbaycanın xalq artistləri, tanınmış müğəniləri gündəmdən düşməmək üçün çox ucuz vasitədən istifadə edirlər. Sanki iştirakçıları bağlı qutunun içinə qoyublar. Ən kəskin ittiham, ən kəskin söz deyən qalib gəlir prinsipiylə hərəkət edirlər. Lap o, qutudakı siçan məsələsi kimi. Axı bu cür realiti-şou keçirməkdə məqsəd nədir? Müğənilərimizin vəziyyətini görmək? Onlar real həyatda necə hərəkət edirlər onları görmək? YOX! Onsuzda bizim müğənnilərimizin nəyə qadir olduğunu hamı bilir. Bunu efirə çıxardıb, göstərmək özüdə 11 dəfə... düşünürəm əxlaqsızlıqdır. Vaxtı keçmiş xalq artistlərin isə orda çıxışı isə olduqca biabırçılıqdır. Bu cür efirlər, vaxtıkeçmiş müğənnilər üçün əla şansdır. Ürəklərində qorxu yaranıb, nə vaxtsa xalq bunları unuda bilər. Ən dəhşətli an isə onda başlayacaq...