
Dovaşan! Sadə, aciz, yazıq, mehriban, sevimli heyvan. Bəli dovşan bucür heyvandır. Astroloq zad deyiləm, bürclərə də inanmıram. Özüm dovşan ilindən olduğumdan maraqlı gəldi. Qısaca bəzi qeydlər edəcəm amma fərqli tərzdə. Deyilənə görə bəzi heyvanların düşər düşməzliyi olur. O cümlədən dovşanında. Amma bu "dovşan" bir çox öklərələ və adamlara heç düşərli olmayıb.
Aşağıda dövşanın törətdiyi fəsadların və bəzilərinə dəyən xeyirdən yazmağa çalışacam. Doğurdan da bu məlumatları tapanda şoka düşdüm. Qısası...
Bu dovşan ilində ikinci dünya müharibəsi başlanıb, ABŞ prezidenti Con Kennedi öldürülüb, dünya birjaları «qara bazar ertəsi» yaşayıb, SSRİ-də böyük quraqlıq olub, Yeltsin hakimiyyətdən gedib, 19 yaşlı alman vətəndaşı Matiasç Rus öz təyyarəsini Qızıl meydana endirib. Misirdə,Tunisdə inqilab baş verdi, prezident istefaya getdi... (2011)
Əsrin əvvəlindən başlayaq. Beləliklə...
1903-cü il - Formal olaraq bu ildə üç il əvvəl, 1900-cü ildə başlamış dünya maliyyə böhranı sona çatdı.
1903-cü ildə ABŞ-da dünyanın ən iri avtomobil şirkətlərindən biri olan Ford Motor Company-nin əsası qoyulub. Bu ildə Uorner qardaşları Pensilvaniyada ilk kinoteatr açıblar.
1915-ci il - Ermənilərin iddia etdikləri qondarma "erməni soyqırımı" ili kimi tarixə düşüb.Nyu-York əczaçısı Uilyams Maybeline şirkətini yaradıb. İndi bu şirkətin kosmetik məhsulları dünyanın 90 ölkəsində satılır. Brend L’Oreal-a məxsusdur.
1927-ci il - SSRİ-də növbəti taxıl böhranı ilidir.Bu ildə İsveçdə Volvo şirkəti təsis olunub. Eyni zamanda Avstriyanın Raiffeisen Zentralbank banklar qrupu və dünyanın ən iri neftservis şirkətlərindən biri olan Schlumberger təsis edilib.
1939-cu il - Sentyabrın 1-də alman qoşunlarının Polşaya girməsi ilə İkiknci Dünya Müharibəsi başlanır. Həmin il SSRİ Millətlər Liqasından qovulur.ABŞ-da aviadaşımalar üzrə 6-cı yerdə olan US Airways şirkəti təsis edilib. İndi şirkət 200-dən çox istiqamətdə reyslər yerinə yetirir.
1951-ci il - SSRİ-də beşinci beşillik başlanır. Stalin xəstələnir. Kapustin Yarda kosmosa içərisində Dezik və Tsıqan ləqəbli itlər olan raket buraxılır. Bu il Mərkəzi televiziya studiyası yaradılır. İsveçdə tanınmış qablaşdırma şirkəti Tetra Pak, Çində ən böyük banklardan biri- The Agricultural Bank of China yaradılır.
1963-cü il - Noyabrın 22-də ABŞ prezidenti Con F. Kennedi, bir neçə gündən sonra isə qətlin rəsmi şübhəli şəxsi sayılan Li Xarvi Osvald öldürülür.İlk kosmonavt qadın - Valentina Tereşkova kosmosa çıxır. Danimarkada ECCO ayaqqabı şirkəti yaradıdır. ABŞ-da ilk kompüter siçanı ixtira olunur. Həmin ildə həddən artıq maliyyə xərclərinə görə ABŞ-ın Alkatras həbsxanası bağlanılır. Onun ən məşhur sakinlərindən biri qanqster Al Kapone idi.
1975-ci il - SSRİ-də güclü quraqlıq olur. Amerikada prezident Cerald Forrda iki dəfə sui-qəsd cəhdləri olur. Nyu-Yorkda maliyyə böhranı qızışır. Bu il maliyyə indeksi Dow Jones-un tarixində ən uğurlu il olur. Həmin il Microsoft i Pernod Ricard şirkəti yaradılır. Akademik Saxarov Nobel sülh mükafatı alır.
1987-ci il - «Qara bazar ertəsi» - 19 oktyabrda sənaye indeksi Dow Jones bütün tarixi ərzində birdən-birə 22,6 faiz aşağı düşür. Bu, Britaniyada, Honkoqda, Kanada və Avstraliyada birjaların çökməsinə səbəb olur. Dekabrda ABŞ dolları tarixində ən aşağı qiymətə satılır. SSRİ-də Böyük Vətən Müharibəsindən sonra ilk dəfə ərzaq talonu sistemi işə düşür. Almaniyalı 19 yaşlı gənc bütün radarlardan keçərək təyyarəsini Qızıl meydanda yerə endirir.
1999-cu il - Avro dünya maliyyə bazarında haqq-hesab valyutası kimi təqdim edilir. Yeltsin işdən gedir.
Birləşmə nəticəsində Exxon Mobil şirkəti yaranır və 336,5 milyard dollar vəsaiti ilə FE 500 reytinqinə görə dünyada birinci yeri tutur.
2011-ci il - Tunisdə və Misirdə inqilab oldu. 30 illik taxta sahib olan Hüsnü Mübarək istefa verdi. Ben Əli qaçdı. Digər illərdən fərqli olaraq bu ildə dünyada "inqilab havası" əsir... hələ il tamamlanmayıb davam edir. Bizə nə qədər düşərli olduğunu isə, ilin sonunda baxarıq. Maraqlıdır, özüdə çoox maraqlı.
Bütün bürclərə olmasa bəzilərinə baxdım amma belə qənaətə gəldim ki, dovşan ən təhlükəli imiş. Bilmək olmaz. Bəlkə də ən qorxaqıdır...
1 комментарий:
1939-da Polşaya alman və SSRİ qoşunları BİRGƏ daxil olurlar. Səhv etmirəmsə, elə həmin ildə Finlandiya ilə Qış Müharibəsi olur və SSRİ Vıborqu işğal edir. İndiyə qədər Finlandiya ora iddia edir. Sovetlər Millətlər Cəmiyyətindən də buna görə qovulur.
Отправить комментарий