10 апр. 2011 г.

Adsız...

Azərbaycanda dindarı xuliqan, gənci narkoman, yəqin ziyalısı da əxlaqsızdır... (c)
Dünən Trend İ.A-nın saytına hücum olub. Nə qədər düzdür bilmirəm saytlarında belə yazılıb


Dostum bu xəbəri oxuyanda çox kədərləndi, deyirəm əşşii boş şeydi. Dövlət saytına hücum gülməli görsənir. Deyir, deee müxalifətçi gənclər edibdəəə. Soruşdum hardan bilirsən? - Deyir ancaq onlar belə iş görə bilərlər. Onların işi ancaq belə işlər görməkdir! Görəsən hardandır ona bu cəsarət...?!

Əşşii aksiyada şüşə sındırılır, deyirlər müxalifətçlər elədilər, qısası döyülən, söyülən, cibinə narkotik atılan, oğurlanan, şərlənən hamısı müxalifətçi gənclərdir. Üstəgəl kitab oxuyurlara da "müxalifət" damğası vurulur.

Sözün açığı özüm bu xəbəri eşidəndə gülümsündüm. Yəni dövlət saytlarına da "xaker" hücüm edə bilər? Nəyə lazımdır, əlavə pul xərclənsin deyə ediblər?! ;)

Nə isə qayıdım Trend məsələsinə, xakerin nəyinə lazımdır zərərli kod yerləşdirsin ondansa saytın arxivini ləğv edər onunla da qurtararda... Bu artıq boş bir xəbərin nəticəsidir. Heç bəlkə də xaker hücumu zad olmayıb, xəbər lentini doldurmaq üçün ən maraqlı mövzudur. Bəlkə saytın yerləşdiyi serveri yeniləyiblər?! Əgər sayt açılmırsa bu o demək deyil xaker hücumu olub... Nə isə əşşii özləri bilərlər...

Maraqlı o oldu ki, bütün xəbər saytları da sanki Trend-ə dəstək üçün "Trend İ.A-nin saytına xaker hücumu olub" başlığı altında xəbər hazırlayıb veriblər. Necə olmasa da bir-birilərinə dayaq olduqlarını göstərirlər. Təxmini belə, dost dardadır, kömək etmək gərəkdir. Amma Azadlıq qəzetinin saytına həqiqətəndə xaker hücumu olmuşdu, sayt arxivinin yarısı silinmişdi. Mətbuat "dost"cuqlarından heç kim bu xəbəri vermədi. Trendə heç nə olmamışdı, sadəcə sayt bir neçə saytlıq açılmırdı. Bundan başqa sayt bütün brauzerlərdə açılır. Üstəgəl, xəbərdə Google Chrome və FireFox-da açılmamasını isə, xəbəri şişirtməkdən başqa bir şey deyildi. Əl qərəz, əgər həqiqətəndə bunu müxalif gənclər ediblərsə sadəcə onları alqışlamağa dəyər. Xakerlik asan iş deyil, xaker olmaq üçün ən azından riyaziyyatı, fizikanı bilmək lazımdır.




Комментариев нет:

Отправить комментарий