Həftə və ay olduqca maraqlı başladı. Deyilənə görə, gün necə başlayırsa sona kimi elə davam edir. Hələlik bizdə belə başladı. Görək axırı necə olacaq. Beləliklə...1 May. Azərbaycanın ən böyük operatoru olan Azercell konturdan manat sisteminə keçdi. Elə keçər-keçməz istifadəçilər sözün əsl mənasında bir-birinə dəydi.
Maraqlısı o idi ki, istifadəçilərin hamısı öz etirazlarını açıq-aşkar göstərdilər. Azercellin sosial şəbəkələrdə yer aldığı səhifələr tənqidlərlə dolu idi. Azercell haqda yazdığım statusa görə məni amansızcasına tənqid etdilər. + 1 may həm də zəhmətkeşlərin günü ilə yadda qaldı.
2 May. Elə təzəcə yuxudan durmuşdum. Euronews-da Ben Ladenin ölüm xəbərini gördüm. Yemək yeyib işə gedənə kimi euronyus canlı xəbər yayımlayırdı. Kanalı bizim kanallara dəyişdirdim, həmişəki ampulada davam edirdi. Əyləncələr.... davam edirik...
3 May. Beynəlxalq Mətbuat Azadlığı günündə jurnalistlər hər il olduğu kimi yenə də Elmar Hüseynovun qəbri üstünə gəldilər. Sərhədsiz Reportyorlar "Mətbuat Yırtıcıları"nın siyahısını açıqladı. İlham Əliyev həmin siyahıya daxil edildi. Article 19 bəyənat yayraq Azərbaycan hökumətini facebookdan qorxuğunu bildirdi.
4 May. Gənc fəal Cabbar Savalnlı 2.5 il həbs cəzası aldı. Ardınca Yaşar Əliyev DİN-ə idarə rəisi göndərildi.
5 May. Bakcelldə konturdan manat sisteminə keçdi. Amma Azercell-dən fərqli olaraq sakit, səs səmirsiz.
6 May. Cümə günü. Dindarlar bu dəfə də Təhsil Nazirliyinin qarşısında aksiya keçirdilər. Bu dəfə polis yox, mülki geyimlilər irəlidə idi. Keçən dəfəki aksiyadan fərqli olaraq bu dəfə dindarları sakitləşdirmək üçün gözyaşardıcı qazlardan və elektroşoklardan istifadə olundu.
7 May. Həftənin sonu. İşdən evə gəlirdim elə bir ciddi xəbər olmadığını düşündüm. Bir azda yorğun idim. Öz-özümə, nə yaxşı həftənin sonu sakit keçdi demişdim... H.Əliyev prospektində qara TOYOTA yolu keçmək istəyən qocanı amansızcasına vurdu. Qoca elə yerindəcə öldü. Dəhşətli səhnə idi. Hər halda keçid olmayanda belə də olmalı idi.
Həftə çox sona çatdı. Görək sonu necə olur. Sonda bu musiqiyə qulaq asmağı məslətə görürəm
Комментариев нет:
Отправить комментарий