11 мая 2011 г.

Proses davam edir...

photo: azadliq.org
Nəhayət kitab çıxdı. Çoxları bu kitabın hazırlanacağını inanmırdı. Hətda bəziləri pul verməkdən belə imtina etmişdi. Amma alındı. Sonda pul verməkdən imtina edənlər, xoşluqla pulu gətirib verdilər. Görülən iş hər kəsi cəlb etdi. 4000 manat az məbləğ deyil.
Bir 07-nin qiymətidir. Hamı kömək etdi. Facebook, tvitterdə elan olundu. 1-2 manat belə verən oldu. Amma verdilər. Hədəf heç kəsi qorxutmadı. Kitabın maliyyə problemi olduğundan çapı çox uzun çəkdi, təxminən 4 ay. Doğurdan da nəfis tərtibatda hazırlanıb. Kitabı ilk dəfə əlimə götürəndə "Bravo uşaqlar, gözləməyə dəyərdi" dedim. Əsas odur ki, kitabı vərəqlədikcə hadisələri yaşayırsan, şəkillər hər şeyi sənə danışır.

Demək birlikdə iş görüldükdə ortaya nəsə qoymaq mümkündür. Bir daha deyirəm BRAVO UŞAQLAR. Ümid edirəm növbəti kitab çıxanda daha bu dəfə ki kimi əziyyət çəkilməyəcək. Görülən iş göz qabağındadır artıq. Proses davam edir...

p.s kitab haqda tanışlarımdan biri məlumat tutmuşdu. Çox acıqlı şəkildə "Əəə ağıllı olun, gedin ciddi işlə məşğul olun. Kimin nəyinə lazımdır fotoalbom..." (şərhsiz)




Комментариев нет:

Отправить комментарий