16 мая 2011 г.

Eurovision muğam hərləmir?!

kollaj: EzizKA
Qələbə qazandıq!! Heç kimin də şübhəsi yoxdur. Elə mənimdə. Bütün sosial şəbəkələrdə qələbəyə ağız büzənlərə "erməni"  adı verilirdi. Nə haqla bilmirdim. "Eurovision'da qələbə qazana biliriksə deməli Qarabağda da birinciliyə sahib ola biləcəyik" - bu kimi mənasız sözlər işlədildi... Qarabağın Eurovisiona nə dəxli var?! Qələbədən sornra reportaj hazırlamaq üçün şəhərə çıxmışdım.
Şəhər camaatını elə bil silkələmişdilər. Ac toyuq yuxuda darı görən kimi... Amma bu dəfə darını reallıqda görmüşdü. Gözünü açıb qələbə gördü, soyunan qız gördü. Şəhərdə iki təkər edən kim, maşında lütdənən kim, qışqıran kim və s. Hələ əyalətdən gələnləri demirəm. O qədər pornoqrafiyaya baxıblar ki, soyunan qız görən kimi hamı o tərəfə gedirdi. Sanki.... Sözün əsl mənasında gecə şəhər yanırdı. Nə demək olar, yaradılış.

Keçən il, Kaliforniyaya getmişdim. Hər zaman kinolarda gördüyüm Amerika... Orada kiminlə tanış olurduqsa hardan gəlməyimizi soruşurdular. Hamısına da Azərbaycandan gəldiyimi deyirdim. 10 adamdan 1-i bəlkə Azərbaycanı ya tanıyar ya yox. Azərbaycanı tanıtmaq üçün 10-15 dəq. lazım olurdu. Onu deyim ki, Kaliforniyada ermənilər olduqca çoxdur və onların diasporusu çox güclü inkişaf edib. Aparıcı biznes sahələrində çalışanların əksəriyyəti Ermənistan vətəndaşıdır. Nə isə, axırda qısa yolu tapdım.  Soruşanda haralısan, qısa cavab verirdim. Deyirdim Ermənistanı tanıyırsan? 10 adamdan 9-u HƏ deyirdi. Ondan mən də deyirdim ki, elə həmin ölkə ilə müharibə vəziyyətində olan ölkədənəm.

Məcbur idim. Heç kim muğam zad hərləmirdi. Reallıq bunu tələb edirdi. Nə edim, muğam, muğam deyirik. Amma Biləcəridən o tərəfə keçə bilmirik... Mövzudan çox uzaqlaşmayım.

Bir az keçmişə nəzər salın, Eurovisionda Elnurla Samirin çıxışına. Çıxışlarında Elnur muğam boğazları etmişdi. Nəticə məğlubiyyətlə nəticələndi. Ötən il isə Ayselnən Araş da məğlub oldular. (hələ ifalarında tardan istifadə olunmuşdu). Daha sonra da Safura çıxış elədi, amma bu dəfə bir az düzəliş etdilər. Azərbaycana aid heç bir notlardan istifadə olunmadı və 3-cü yerə çıxdı. Artıq vəziyyəti başa düşmüşdük. Eurovisionda Azərbaycana aid hər bir şey çıxmalı idi. Belə də oldu, tanıtım rolikində belə, Azərbaycana aid demək olar ki, heç nə yox idi. Və bu da nəticəsi!! QƏLƏBƏ! Qısa, bizim dəyər verdiyimiz muğam və tarı Eurovision bəyənmədi...

p.s dostum Seymur Kazımov sosial şəbəkədə əla təklif verib: Bu barədə düşünməyə dəyər. Təklif edirem ki, növbəti Eurovision'da saz, "Yetim seygahı' ilə təmsil olunaq, mahnının da müəllifi məhz Zəlimxan Yaqub olsun, bəstəkar da Aşıq Əhliman, o zaman bəlkə bəzi dostlarımız rahat nəfəs alarlar ki, hə, indi musiqimiz, mədəniyyətimiz təbliq olundu. Yoxsa, bayaqdan şikayət edirlər ki, ay mədəniyyətimizi görmədik bu müsabiqədə.


Комментариев нет:

Отправить комментарий