18 мая 2011 г.

"Rus Ruleti" işə keçib

Bilmirəm kimin sözüdür amma yerində işlədib. "Əgər sən bu gün həbs olunmamısansa bu o demək deyil sən günahsızsan, sadəcə sənin sıran gəlməyib" Bəli bu dəfə sıra Cabbardan sonra Bəxiyyara çatdı. Ondan sonra bilinmir kim olacaq sırada. Rus ruleti kimi, güllə kimin başına dəysə sıra ondadır.

Hazırda Azərbaycanda dindarı xuliqan, gənci narkoman, ziyalısı da yəqin əxlaqsız olar. Çox üzücü bir hadisədir. Keçən il amerikada olanda orada tələbələrə necə qayğı ilə yanaşdıqlarını gördüm. Tələbəyə böyük diqqət var idi. Amerika belə bir yer idi. Yani onlar gənc tələbəyə böyük ümidlər bəsləyirlər. Bəxtiyar da Harvard məzunudur. Harvard da belə bir məqsəd var "Harvard tələbələri iş axtarmaqdansa özləri iş qururlar". Oradan çıxan hər bir gənc tələbə yeni ideyalarla çıxır. Yeni dünya adamı olur. Öz məqsədlərini reallşdırmağa çalışır. Bəxtiyar da öz məqsədlərini reallaşdırmağa çalışırdı amma alınmadı. Gənc yaşında həbsə düşdü. Gəncləri inkişaf etməyən ölkənin nə iqtisadiyyatı, nə mədəniyyəti heç bir şeyi inkişaf etməz. Gənclik dövlətə yeni hava gətirir, yeni ideya gətirir. Amma bu "hava" burada keçmədi. Keçirtdirə bilmədi. Bəxtiyar fərqli düşüncəsinə görə həbsə düşdü. O, cavan qocalardan deyildi, Amma Azərbaycanda kifayət qədər "cavan qocalar" var,  onlar nə işə yarayır?? Bu sual ətrafında fikirləşək... 

Gözləyək görək bu dəfə rus ruleti kimi hədəfə alacaq...

  

Комментариев нет:

Отправить комментарий