![]() |
| foto: azblog.org |
Doğurdan da Azərbaycanda mobil rabitədə amansız mübarizə gedir. Amma hələlik qərar verə bilmirəm bu sağlam mübarizədir yoxsa yox. Təkcə o aydındır ki, ölüm-dirim rəqabəti gedir. Necə olsa belə, sonda bu rəqabətin sonunda istifadəçilər uduzmasın.
Bu dəfə yenə Azercellə NarMobile döyüş meydanındadır. Özüdə inanılmaz döyüşə giriblər. Azercell "yay ünsiyyət küləyini bütün Azərbaycana yay!" kampaniyasını, NarMobile isə, "bomba danışıq paketləri" istifadəyə verdi. Hər iki operator da "stavkanı" 10 manatdan ediblər. Nədənsə Azercell bu dəfə 1 aylıq riskə getdi. Hər halda çox gözəl başa düşürlür ki, Azercell-in 1 aylıq etdiyi güzəştə qarşı tərəf 3-4 hətda 5 aylqı edə bilər.
Test olaraq 1 ay istifadəyə qərar verdi. Əgər gəlirləri yaxşı olsa düz sözümdür, kampaniya sentyabra qədər uzanacaq. Burda "xodu" peşka (şahmatda ən zəif piyadalara deyilir) abunəçilər gedəcək. Amma istəməzdim, piyadalar sonda "ölsünlər"...

Комментариев нет:
Отправить комментарий