![]() |
| foto: azadliq.org |
Bu günə kimi Elmar Hüseynovun qətli, Rafiq Tağının, Eynulla Fətullayevin həbsi, Şahvələd Çobanoğlunun vəhşicəsinə döyülməsi, Müsavat qəzetinin fotoqrafı Alim Kazımlının döyülərək ölməsi, Aqil Xəlilin bıçaqlanması, Alma qəzetinin savadsız oxucular tərəfindən sıxışdırılaraq bağlanması və s. Bu kimi faktları nə qədər istəsən saqqız kimi uzatmaq olar. Bunlara baxmayaraq Azərbaycan mətbautı hələ də ayaq üstədir.
Hələ qəzetlərin monopoliyasını demirəm. Bu gün cəmi 2-3 qəzet qəzet satışından özünü saxlaya bilər, digərlərinin məqsəd və məramı aydındır.
Jurnalistlərə ev veriləcək deyildi. İllərlə bu sahədə çalışan adamlar geridə qaldı. Jurnalistikaya aid olmayanlar bu evlərə sahib çıxdılar. Onsuzda nəsə qeyri-adi bir yenilik də gözləmək yersizdir.
Bu il nədənsə Zərdabi mükafatı da keçirilmədi. Keçən il, ondan əvvəlki il mükafat verilmişdi bu il nəsə baş verdi. Bütün ili əziyyət çəkən jurnalistlər ildə cəmi 1 günü bayram edir. Onu da belə...
İstəməzdim pessimist notlarla bitirim amma deməliyəm. Ümid sonda ölür, heç olmasa ümidimizi öldürməyək
Dəyərli jurnalistlər, bayramınız mübarək ;)

Комментариев нет:
Отправить комментарий