![]() |
| foto: flickr.com |
RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyir ki, "elə adam var ki, iki mobil telefondan istifadə edir. Əlbəttə ki, vətəndaşların bu dərəcədə mobil telefondan çox istifadə etməsi mobil abunəçilərin sayının yüksəlməsi, əhalinin rifah halının yaxşı olması ilə əlaqədardır. Mobil abunəçilərin sayının çox olması həm kəmiyyət, həm də keyfiyyət göstərisidir".
Açığı bu yazını oxuyanda bilmədim necə reaksiya göstərim. Bu qədər də absurdluq olmaz axı?! Nə vaxtdan bir adamın 2 telefon gəzdirməsi rifahının yüksəlişi ilə əlaqədardır??? Nazir nümayəndəsi hələ yaxşı deyib 2 telefon!! Mən 3-4 telefon gəzdirənlər də görmüşəm. Hər operatora biri. Bu əslində insanların kasıb olmasından irəli gəlir.
Ona görə 2 telefon gəzdirirlər ki, operatorlar arasında danışıq qiymətləri fantastik rəqəmdədir. Bu əsasən Azercell abunəçilərinə aiddir. Azercell-dən başqa operatora zəng edəndə konturlar sözün əsl mənasında uçur. Yazıq abunəçi də məcburdur ölkədə olan operatorların sayı qədər telefon gəzdirsin. Düzdür Azercell-in baza stansiyaları keyfiyyətlidir amma bu ona dəlalət eləmir ki, insanları soysun. Bu misal digər operatorlara da aiddir.
Daha sonra Müşfiq müəllim deyir ki, mobil abunəçilərin sayı 9 milyon 629 minə çatıb. Gəlin hesab edək ki, Azərbaycanda da 9 milyon 629 min adam var. Bunlardan da uşaqları, qocaları çıxsaq yerdə nə qalır? ;) Yaxşı üstünə əcnəbiləri gəlsək necə?? mümkünsüzdür eee 9 milyon abunəçinin olmağı!!!
Etibarlı mənbədən aldığım məlumata görə Azərbaycanda 5 milyon mobil telefon istifadəçisi var. Bu rəsmi məlumatdır. Bunlardan da təxminən 2 milyondan çoxu Azercell-in payına düşür, daha sonra NarMobile və Bakcell gəlir. Yəni 9 milyon istifadəçi mümkünsüzdür!!!!!!
Açığı RİTN-in nümayəndəsini qınmamıram. Qınalınası mobil operatorlardır ki, öz abunəçilərini istismar etməsidir. Çox uzağa getməyin, Rusiyada, Türkiyədə aylıq telefon tarifləri var ki, müəyyən məbləğ ödəyirsən bir aylıq limitsiz istifadə edirsən. (SMS, internet, və telefon danışıqları daxildir). Day mobil operatorlar kimi abunəçiləri istismar etmirsən. Ötən yazımda bu mövzuya toxunmuşdum. Amma etiraf edək də reallıq tamam başqa şeyi deyir.

Комментариев нет:
Отправить комментарий