 |
Hamamın mərkəzi |
Sonuncu dəfə Şəkidə 2007-ci ildə olmuşdum. O vaxtdan bu günə qədər çox şey dəyişmişdi. Axırı boş vaxt tapıb yenidən Şəkiyə getdim. Şəkinin yollarından tutmuş, insanlara qədər dəyişmişdilər. Bir növ Şəki yenilənmişdi. Söhbəti çox uzatmaq istəmirəm, əsas məsələlərə toxumağa çalışacam.
Şəkiyə gedib gələnlər bəlkə də Dərə Hamamı deyilən yerin yanınıdan keçiblər. Xan Sarayıını aşağı tərəfindədir. Açığı həmin hamam haqqında 2007-ci ildə video sujet hazırlamışdım. Kasetdə problem olduğundan sujet keyfiyyətsiz alınmışdı.
 |
Hamamın ümumi görünüşü |
 |
Paltar dəyişmək üçün olan yerləri tor basıb |
Bu dəfə də Dərə Hamamına girdim. Amma bu dəfə daha bərbad vəziyyətdə gördüm. Çox üzücü hadisədir, Dövlət tərəfindən qorunan abidənin vəziyyətini bu gündə görmək. Keçən il həmin hamamın 10 metrliyində Yaponiya səfirliyinin nümayəndələri və Azərbaycanın dövlət nümayəndələri oradakı çayın açılışında iştirak etmişdilər, amma hamam tərəfə belə yaxın durmadılar.
Hamam hazırda sərxoşların, küçə heyvanların, zibil tullantıları, uşaqların tualeti kimi istifadə olunur. Hərə əlinə keçən zibili yolüstü hamamın içinə atır. Bu da bizim tarixdir ki, içinə batırırıq. 2007-ci illə müqayisə etdim, hamamın çökmə təhlükəsi heç də uzaqda deyil. 1880-cı ildən bu günədək dayana bilibsə, bundan sonrasını demək çox çətindir.
 |
Hamam kanalizasiya suları ilə doludur |
 |
Hamamın mərkəzi |
 |
Hamamın girişi |
 |
Hamamın girəcəyində asılan tablo |
Комментариев нет:
Отправить комментарий