28 сент. 2011 г.

"Qrant"yeyənlər...

Keçən dəfə donor təşkilatlarının toplantısına getmişdim. Toplantıya gedənə kimi düşünürdüm ki, bu dəfə toplantıda kimlər olacaq? Nələr müzakirə olunacaq və s. çoxlu suallar ətrafında qalmışdım. Nəhayət deyilən yerə çatdım vəəə Azərbaycanın tanınmış simaları....


Təşkilatın Azərbaycan üzrə nümayəndəsi bir-bir  qrantamyotlardan (qrantyeyənlərə deyilir) layihələrini təqdim etməyini xahiş etdi. Qrantamyontların da bəziləri qrant almaqdan ötrü sözün əsl mənasında gopa basmağa başladı. Az çox internetdən, yeni mediadan başı çıxan vəziyyəti tam anlaya bilər ki, bunların danışdığı boş havadan başqa bir şey deyil. Bunların məqsədləri sadəcə pul almaqdır.

foto: greensavingsco.com
Layihə təqdimatında sözün əsl mənasında rəqabət gedirdi. Hərə öz layihəsini ideal hesab edirdi və pul alacaqlarına ümidli idilər. Amma bəzi təşkilatlar var ki, gördüyü iş ümumiyyətlə görünmür amma yenə də layihə təqdim edirdi. Bunlara da "qoca qrantamyot" deyilir.

Amma Azərbaycanda kifayət qədər istedadlı, intellektuallı, savadlı gənclər var ki, gördükləri işlər hazırda böyük kütlə tərəfindən qəbul olunur. Ancaq nə etmək olar bəzi "qoca qrantamyontlar" istəmirlər həmin gənclərə pul gəlsin. Üzücü bir haldır....

Hazırda gənclərin bəziləri alternativ olaraq müxtəlif xarici müsabiqələrə yazı, foto, video, esse təqdim edib iştirak edib qalib olublar. Bunu böyük uğur hesab etmək olar. Əlləri donorlardan üzüləndə bu çox gözəl addımdır.

p.s maraqlı bir fakt əldə etmişəm. Qrantamyotlardan biri xüsusi olaraq pianino dərsinə getməyə başlayıb. Ona görə yox pianist olacaq. Ona görə ki, donorların yanında özünü lord göstərmək üçün.

2 комментария:

Ülvi Hipermilli комментирует...

Axırıncı fakt lap adam ağladan faktdı! Gör bu qranatlar nələrə əl atırlar e! Qoca kaftarlar...

Aziz комментирует...

Həəə, gələn dəfə mən də özümə bir QHT yaradacam. Bütün simli alətlərdə də ifa etməyi bacarıram. Onlardan nəyim əksikdir? ;)

Отправить комментарий