1 окт. 2011 г.

Bitməyən bəhanələr

Eldar Novruzov
Foto: Qafqazinfo.az
Amerikada çox gözəl bir qayda var. Əgər ailədə övlad əsgər gedirsə həmin ailəyə əsgər geri qayıdana qədər müəyyən məbləğdə yardım olunur. Üstəgəl əsgərə aylıq 300-500$ maaş da verilir. Yani ki, bu, əsgər getməyib ailəyə yardım edə bilərdi, əsgər getdiyi üçün qayıdana qədər dövlət  ailəyə yardım edir.


Amma bizdə... Bizdə vəziyyət olduqca acınacaqldır. əsgərin ailəsinə nədir? Əsgər sağ-salamat qalsın valideyin dövlətə pul verir. Budur orduda daha bir əsgər "öldü". Doğrudan da inanmaq olduqca çətindir. Min cür əzab əziyyətlə övlad böyüdüb əsgər göndərəsən ya sağ xəstə qayıdır ya da ölü. Olduqca kədərli, ağrılı hadisədir. Həmin ailənin min cür xəyalları var idi bəlkədəə.... amma xəyalları ürəklərində qaldı.

İndi bu bədbəxt hadisəyə görə gör nə qədər adamı həbs edib cəzalandıracaqlar. Artıq rəsmi olaraq ciyayət işi açılıb və bu prosesi axıra kimi aparmağı düşünürlər. Həkimlər, əsgərin vəziyyətini pis olduğunu bilib işi boyunlarından atmaq üçün Gülhanəyə göndərmək istədilər ki, qoy əsgər orda ölsün bizlik bir şey olmasın.

Amma planları deyəsən yarımçıq qaldı. İndi də bu cinayətin altından çıxmağa çalışacaqlar. "Həkim" olub səhv diaqnoz qoymaq?? Ona görə elə düz deyiblər də bizim universitetlər fermadır. Hər il minlərlə savadsız yetişdirməklə məşğuldur. Xaricə oxumağa gedib-gələnləri də atırlar içəri. Oxuyanda bir problem olur, oxumayanda da bir. Gəl indi bundan baş çıxart.... Mənə də maraqlıdır görəsən indi bu cinayətin öhdəsindən necə gələcəklər?

Orduda əsgərin ölməsi normaldır amma müharibəsiz şəraitdə ölmək bu artıq anormallıqdan da uzaqdır. NİDA vətəndaş hərəkatı bununla bağlı maraqlı video hazırlayıb. Doğrudan da inanılmaz haldır 9 aya 73 əsgər. Hər aya bir neçə əsgər qurban gedir. Ölən ailənin valideynlərinə də "susdurucu pul" verib sakitləşdirirlər. Axı o pul o övladı əvəz eləmir!! Hər bir əsgər də bir bəhanəylə "ölür". Görəsən bu bəhanələr nə zaman bitəcək?


Комментариев нет:

Отправить комментарий