22 окт. 2011 г.

Azərbaycanda "Diktatorlar Muzeyi"

Foto: efinancialnews.com
Deyirəm vallah hər şeydə birinci olmağı sevirik. Eurovisionda, neftdə, qazda, rüşvətdə birinciyik. Nəyi pisdir?! Hələ yaxşı maşın alverini, insanların bir-birini aldatmağı bunları demirəm. Hansı daşı qaldırsan altından "Azərbaycan" sözü çıxacaq.


Diktatorlardan Ben Əli pişik kimi aradan çıxdı, Mübarək dəmir qəfəsin arxasında, Qəddafi də iylənmiş tuneldən çıxdı. Hər şeydə birinci olmağı seviriksə təklif edərdim "Diktatorlar muzeyi"ni yaradaq. Burda da birinci olaq.

Heç fikirləşmədən Bakının ən gur yerində, elə bulvarda diktatorların heykəllərini qoyardım. Gör mayda keçiriləcək Eurovision yarışmasına çox adam gəlir ya gəlmir. Onsuzda ölkədə heykəllərin sayı çoxalır. Nəyi pisdir devrilmiş diktatorların da heykəlini qoyub muzey açaq. Hər biri də ayrı ayrılıqda tarixdir. Həm də bir tərəfdən də biznesdir bir tərəfdən də ölkə tanınır. Əlavə gəlir də öz yerində.

Qustav Eyfel Fransada "Eyfel" qülləsinin layihəsini təklif edəndə çoxları layihəni bəyənmədi. Amma hazırda Fransaya gələn turistlərin əksəriyyəti həmin o qülləyə baxmağa görə gəlir.

Odur, eurovision, neft, qaz bu gün var sabah yox. Amma "Diktator Muzeyi" tarixə düşəcək və yaddaşlarda həkk olacaq. Azərbaycan adı gələndə day rüşvət, korrupsiya adı yox "Diktatorlar Muzeyi" kimi tanınacaq. Neft qurtarandan sonra da muzeydən gələn pula istədiyin kimi yaşa.

Комментариев нет:

Отправить комментарий