21 окт. 2011 г.

Milli Məclisdə "namaz" qılanlar (fotolar)

foto: facebook.com
Məclis - Bir məsələ haqqında danışmaq üçün düzəldilən yığıncaq, toplaşmış adamlar heyəti; toplanış, iclas, toy, şənlik, yas və s. bu kimi yerlərdə toplanan yığıncaq. Toy məclisi. Şənlik məclisi. Təziyə məclisi və s.


Parlament [fr.] - Bütünlüklə və ya qismən seçilmiş nümayəndələrdən təşkil olunmuş ali qanunverici məclis. (izahlı lüğət)

Bu izahatları boş yerə yazmadım. Hər dəfə bizdə parlamentin sessiyası başlayanda nədənsə deputatların kütlə şəkildə "namaz qılmağa" getdiyini görürəm. Azan əvəzinə himn və sessiya açıq elan olunur. Ondan sonra bir nəfər namazdan sonra mənbərə çıxıb xütbə deyir, yerdəkilər də ona diqqətlə qulaq asır. Xütbədən yorulanlar yanındakıynan söhbət edir. Təxmini bizim Milli Məclisdə də vəziyyət belədir. Bununla bağlı internet kiçik axtarış apardım belə bir nəticəyə gəldim.

Konqresin iclas zalı
Foto: azerbaycanli.org
Avropa Şurası,
 foto: news.kievukraine.info
BMT
foto: portal.unesco.org
İran Parlamenti
foto: worldisround.com
Qazaxstan Parlamenti
Foto: reuters.com
TBMM
Foto: pusula.tv
Milli Məclis
Foto: azadliq.org
İnsanlar üzü qibləyə namaz qılır
Foto: kayzen.az

Qazaxstan, İran, Türkiyə və s. parlament dairəvi şəkildədi. Amma bizdə əksinə. Bir nəfər yuxarıda qalanları aşağıda. Bir səccadə çatışmır ki, xütbədən sonra səcdəyə getsinlər.

Комментариев нет:

Отправить комментарий