6 нояб. 2011 г.

"Fikir sexi"nin içindən

Bu gün dostlarımız, Turxan, Türkan, Samirə, Cavid, Nicat, Nərmin "Fikir Sexi"nin təqdimatını keçirdilər. Açığı 5 gün aparılan təbliğat maraqlı sonluqla nəticələnəcəyindən xəbər verirdi. Demək olar ki, facebook 5 gün ərzində qırmızı rəngə boyanmışdı. Seksi fikir deyən kim, ilk seks kitabı deyən kim, fəlsəfi kitab deyən kim və s. Və sonda, bütün söhbətlərə son qoyuldu, kitab təqdim olundu.

Yolnan gələndə ordan-burdan oxudum. Hər bir yazı biri-birindən maraqlıdır. Bu da növbəti yazını oxumağa həvəsləndirir. Maraqlısı odur ki, oxu zamanı yorulmamaq və istədiyin səhifədən başlaya bilməyindir.Olduqca maraqlı müsahibələr və fikirlər yer alıb. Day oturub kitabda yazılanları yazıb söhbəti uzatmaq istəmirəm. Kim almayıbsa kitab mağazalarından alıb oxumağı məsləhətdir.

Комментариев нет:

Отправить комментарий