![]() |
prt scrn |
Bizim operatorlar arasında da elə amansız "müharibə" gedir ki, məcburən hər operatora uyğun nömrə işlədirəm. Nə isə... Bu operatorlar arasında, qismən də olsa Nar Mobile bəzən güzəştlər edir deyə arada ona üstünlük verirəm. Odur bu dəfə 10 manatlıq kart yüklədim. Elə təzəcə yükləmişdim ki, mənə sms gəldi. "Serfeli yaz 777 godner, her terefe 2 qepiye danis" Mən də etmə tənbəllik, yazılan kimi elədim. Hər tərəfə geninə-boluna işlətməyə başladım. Təxminən 10 gündən sonra yenidən mənə sms gəldi ki, "Her terefe serfeli kampaniyasinin istifade muddeti 23.59da bitir.Davam etdirmek ucun balansi istenilen kartla en azi 10AZN artir"
Açığı bu cür, sms-i gözləmirdim. Dedim Nar mobile bu qədər səviyyəsizlik etməz ki, 5-10 günlük kampaniya keçirsin. Ona görə ki, keçirdiyi kampaniyaların istifadə müddəti hər dəfə bir neçə ay olub. Amma bu qədər də yox daaaa.
Axşam çox yorğun olduğumdan, operatora zəng eləməyə tənbəllik elədim. Nə isə, operatora 3 gün sonra zəng elədim və baş verən anlaşılmazlığı aydınlaşdırmaq istədim. Odur operatora zəng edirəm və cavan qızla mədəni formada danışmağa başlayıram.
- Xanım, Nar Mobile-dan mənə sms gəlib ki, hər tərəfə sərfəli kampaniyasının müddəti 23.59-da bitir. Bəyəm Sizdə kampaniya qısamüddətlidir?
- Xeyir qısa müddətli deyil amma 10 günlükdür. Əlavə 5 yaxud da 10 manatlıq yükləyib yenidən sərfəli kampaniyaya qoşula bilərsiz.
- Axı nə smsdə, nə də digər reklamlarda 10 günlük barədə heç bir məlumat verilməyib!
- Nə olsun, Bu barədə məlumatı bizim saytdan oxumamısınızkii?? Saytımızda bu barədə ətraflı məlumat var. Ordan baxa bilərsiz. Bundan başqa hər bir reklamın altında "ətraflı məlumat üçün 777-ə zəng edin" cümləsi də yazılıb. Əgər kampaniyanı müddəti bitibsə, Sizə sərfəli kampaniya təklif edə bilərəm. İstəryirsinizsə ona qoşulun.
Qızın bu cür cavabından sonra onu anladım ki, nə qədər cəhd etsəm də onlara "reklamların altında niyə kampaniyanın müddəti haqda heç bir məlumat yoxdur" cümləsini isbat edə bilməyəcəm.
Bir onu anladım ki, Nar Mobile abunəçilərini itirməməkdən ötrü bu cür, bu cür qısamüddətli kampaniyalara üstünlük verir.
Комментариев нет:
Отправить комментарий