16 нояб. 2011 г.

Gəncə İH-dən jurnalistlərə qarşı hörmətsizlik

Foto: ratwell.com
Bu gün səhər saatlarında Azərbaycanın aparıcı iqtidaryönümlü jurnalistlərin bir qismi Gəncəyə səfər ediblər. Belə ki, jurnalistlərin Gəncəyə məqsədi, şəhərdə gedən yenidənqurma və abadlıq işləri ilə bağlı reportaj hazırlamaqdan ibarət olub. Jurnalistləri aparan avtobusun motor hissəsində problem olduğundan avtobus yolda bir neçə dəfə dayanıb, sonuncu da isə motorda yanğın başlayıb.


Etibarlı mənbədən Freedom bloguna bildirib ki, jurnalistlər təcili avtobusu boşaldıb, hadisəni çəkməyə başlayıblar. Bundan başqa avtobusda həm də Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi də olub. Jurnalistlərin bu hərəkətini görən İH-nin nümayəndəsi "Əəəəə nə çəkirsiz?? Çəkməkdənsə pajarnikə zəng edin, gəlib söndürsün" Bir neçə dəqiqədən sonra yanğınsöndürən gəlsə də, jurnalistlər hələ də çəklişə davam ediblər. İH-nin nümayəndəsi, yanğınsğndürənə "Əəəə şlanqıvı maşına yox, o jurnalistlər tərəfə firlat"

Mənbə onu da bildirir ki, İH nümayəndəsinin bu hərəkətinə görə bəzi jurnalistlər geri qayıdıblar.
  

Комментариев нет:

Отправить комментарий