![]() |
foto: timesofummah.com |
Həqiqətən düşünürəm bu sosial şəbəkə facebook-u keçəcək. Təsəvvür edin, islami sosial şəbəkə yaradılır bütün dünyada da olan müsəlmanlar, dindarlar hətta ateistlər belə bura axışıb gələcək. Maraqlısı o olacaq ki, şiyələr deyəcək İmam Əli filan şeyi deyib, sünnilər deyəcək Hz. Əli elə yox belə deyib. Ateistlər deyəcək özünüzə gəlin, öz həyatınız üçün yaşayın. Biri Lənkəranidən, Xamneidən sitat gətirəcək, o birisi Buxaridən. Öz aralarında başlayacaqlar çaxnaşma salmağa. O deyəcək, bu deyəcək.
Biri bir status yazılacaq, 5985 şərh gələcək. Hələ bu harasıdır. Xiristiyanlar girib yazsa İsa Allahın oğludur. Onda nə baş verəcək? Müsəlmanlar, xristiyanlar, ateistlər...
![]() |
foto: metro.co.uk |
Bundan sonra kim qaydaları pozsa "məyyən dini liderlər" online fətva verəcək. Yazıq Tağı Əhmədov elə düz deyirdi "elə danışırsız belə çox gülməli"
Комментариев нет:
Отправить комментарий