19 нояб. 2011 г.

Rafiq Tağının izi ilə...

foto: azadliq.org
Təxminən saat 10-11 arası internetə girdim. Elə girən kimi facebookda "Rafiq Tağı bıçaqlandı" başlıqlı statuslar ard-arda düzülmüşdü. Aparıcı medialardan heç biri məlumat vermədiyindən nə qədər real olunduğunu bilmirdim. Turxan Semaşko xəstəxanasına getməyi təklif elədi. Elə evdən təzəcə çıxmağa çalışırdım ki, bir neçə zəngin birdən gəlməyi vəziyyətin gərgin olmağından xəbər verdi.

Axşam saat 12-də Turxanla birlikdə Rafiq Tağının evinə getməyi planlaşdırdıq. Evlərinə getsək də bizə qapı açan olmadı. Çox cəhd eləsək də istəyimiz boşa çıxdı. Dilxor vəziyyətdə gəldiyimiz yolu geri qayıtmaq məcburiyyətində qaldıq. Yenicə Fiyoletova çatmışdıq ki, ÇPA-nın nümayəndələri və Asiman (Rafiq Tağının oğlu) hadisə yerinə gəlmişdilər. Gecə vaxtı ÇPA əllərindəki telefon işıqları ilə yerdəki qan izlərini axtarmağa başladılar. Üstəgəl yağışın damcılaması polisin işini əməlli başlı çətinləşdirmişdi. Yer su, qan izlərini isə görmək ümumiyyətlə mümkün deyil. Polislər çox cəhd etsələr də ortada bir nəticə yox idi. Maraqlısı o idi ki, ekspertizaya aiddiyyatı olmayan polislər ekspert kimi çıxır edirdilər.

Artıq saat gecə 1 olardı polislər ərazidə tanıyıb-tanımadıqları adamları sorğu-sual eləməyə başlamışdıılar. "Saat 10 radələrində burda səs-küy, kiminsə dava etdiyini görmüsünüz??" sualına, hamının cavabı "yox" oldu. Polis geriyə əliboş qayıtmasın deyə, doktorun evinə gedir. Biz də polislə birlikdə Rafiq Tağının evinə gedirik. Polis israrla bizi ərazidən uzaqlaşdırmağa çalışır. Deyir sizlik iş qurtardı gedin evinizə. Polisə sübut etmək istəyirik ki, reportaj hazırlamaq üçün bizə sujet lazımdır. Sizə mane olmamaq şərtilə biz öz işimizi görəcəyik amma yenə də polis  dediyini bu dəfə yüksək tonla dedi. Axırda bina sakinlərinin istirahətini pozmamaq üçün çöldə gözləməyə qərar veririk.

Amma Asiman, polis evərindən çıxandan sonra bizə çəkiliş aparmaq üçün şərait yaradacağını bildirdi. Odur "blok"da gözləyəsi olduq. Polisin ifadəsi olduqca uzun çəkdi. Nəhayət ifadədən sonra polis çıxdı.Elə hazırlaşırdıq ki, evə girib müsahibə götürək Rafiq Tağının oğlu qapı arxasında "istəmirik məlumat mətbuata çıxsın..." dedi və saymazyana yanımızdan ötərək aşağı düşdü....

p.s blokda olduğumuz müddətdə eksluziv reportajdan dəm vururduq amma alınmadı... Rafiq Tağı çətin tapşırıların öhdəsindən gəlib ümid edirəm bunun da öhdəsindən gələcək.


Комментариев нет:

Отправить комментарий