19 апр. 2012 г.

Azercell-in data kart fırıldağı

Bir aya yaxındır ki, işlərimlə əlaqədar Azərbaycanın kəndlərində şəkillər çəkməklə məşğulam. Regionlarda internet problemi olmasın deyə, özümlə Azercell-in data kartını aldım.
Söhbəti çox uzatmıram, təxminən 15-dən çox regionda oldum. Data kart day məni "zorlama" həddinə çatdırdı. Aldığım günü çıxmaq şərtilə qalan digər günlərdə internetin sürəti yalan olmasın 50-60 Kbit (bəlkə də az) sürətlə qoşulurdu. Azercell-in rəsmi səhifəsində isə, Bakı, Abşeron, Gəncə, Naxçıvanda 21 Mbps digər regionlarda isə 7 Mbps-ə qədər yazıldığı göstərilir


Hələ bu azmış kimi data kartları kütləvi satmaq üçün, insanları Eurovision həvəsi ilə lotoreya keçirtməkdə həvəsləndirib.

Bu hadisə lap, Amerikada keçirilən endirim mallarındakı aksiyaya bənzəyir. Bir neçə həftə öncə televziyalarda, qəzetlərdə elan edirlər ki, filan vaxt, filan saatda, filan dükanda bütün mallara 99% endirim olacaq. (demək olar ki, pulsuz) Şəhərin bütün qaraçılarından tutmuş, hamısı həmin deyilən vaxtda dükanın qabağına gəlib, dükanın açılmağını gözləyirlər. Elə ki, dükan açıldı, day "it yiyəsini" tanımır. Mal dalıycan qaçan kim, qışqıran kim, ağlayan-sevinən kim və s. Sabahısı gün də televiziyalar həmin dükandan bir neçə adamın yaralandığını, bir neçəsinin isə öldüyünü deyir.

Hazırda da Azercell-in təklif etdiyi xidmət də bunun kimi bir şeydir, sadəcə bir fərq var. O da, KİV-lərin bu cür xəbərləri rədd etməsindən irəli gəlir.

2 комментария:

Анонимный комментирует...

Acigi almaq isteyirdim, deyesen vaz kecesi olacam......

Vuqar комментирует...

data karti pulsuz alirsan muqavile baglanir dusursen teleye ne suret vermirler her ay mecbursan 10 aze yukleyesen yuklemesen mehkemedesen

Отправить комментарий