28 апр. 2012 г.

Şəxsiyyətləri və tarixi unudulan ölkə, məhvə məhkumdur


Gəray Əsədovun qardaşı, Arif  Əsədov
Demək olar ki, Azərbaycanın böyük bir hissəsni gəzmişəm. Hər bir kənd bir-birindən maraqlıdır. Çalışacam Azərbaycan kəndlərində şahidi olduğum maraqlı hadisə və yerlər haqqında “Azərbaycan gündəliyi”ni yazım.

Demək belə...

Bu dəfə yolum Beyləqan rayonunun I Şahsevən kəndindən oldu. Bu kənddə Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun yaşadığı ev yerləşir. Ev dövlət tərəfindən qorunur və Əsədovun “ev muzeyi” kimi fəaliyyət göstərir. "Ev muzeyi"ni dırnaqda yazmağımda bir səbəb var.

Açığı muzeyə gəlməmişdən qabaq gözləntilərim olduqca böyük idi. Böyük bir ev, Əsədovun medalları, fotolarından ibarət zəngin bir arxiv və s. Amma gözləntilərim evə çatana kimi idi. Ev dövlət tərəfindən qorunsa da, evin həyətində toyuq-cücə, mal-qara özləri üçün alaq otlardan
yemlənirdilər. Evin qapısı da bağlanmadığından evdə qaranquşlar yuva salıb yaşayırdılar.

Üç otaqdan ibarət olan ev, xarabalıqda qalmış əşyaların muzeyini xatırladırdı. Elə evin şəkillərini çəkirdim ki, kənd sakinlərindən biri yaşlı bir kişini mənə göstərib dedi ki, “bu da Gəray Əsədovun qardaşı”. 77 yaşlı Arif Əsədov.

Gəray Əsədovun ev muzeyi
İlk baxışdan Arif dayı, kimsəsiz, əlacsız kimi görsənsə də söhbət etdikcə, yüksək enerjili olması gözümdən yayınmadı. Bu da çox güman kənd təsərrüfatı ilə məşğul olmasından xəbər verirdi

Arif dayı, danışdıqca kövrəlirdi. Evə və qardaşına göstərilən bu cür münasibətdən giley edirdi. Muzeydə bələdçi olmadığından Arif dayı özü bələdçilik edərək evdə olan əşyalarla tanış etməyə başladı.

Bütün otaqları gəzərək, qardaşının qəhrəmanlığından, ailəsindən, hazırki vəziyyətdən söhbət açdı. Sonda Arif dayı ilə sağollaşanda Arif dayı, “Şəxsiyyətləri və tarixi unudulan ölkə, məhvə məhkumdur. Biz öz tariximizə sahib çıxmasaq kim sahib çıxacaq??”...

Комментариев нет:

Отправить комментарий