26 мая 2012 г.

İsveçi bəyənməyənlər bu dəfə İsveçi alqışladı

Crystal hall
Hər kəsin həyəcanla gözlədiyi Eurovision başa çatdı. Tıxacsız yollar, yekə qarını olmayan, mədəni, gülərüz polis. Axşam saat 8-dən sonra bulvarda görünən qara eynəkli "mülkigeyimli polislər", şəhərə giriş-çıxış tam nəzarətdə idi.
Köhnəlmiş və yekə tonnajlı maşınlar şəhərə buraxılmırdı və s. Bundan başqa Taksi sürücüləri yolu tanımayan xarıcilərə yollarını uzadaraq artıq pul almaları, afisiantların gülərək artıq hesab demələri, hotellerdə "yerimiz yoxdur amma çalışarıq Sizi rahat nömrə ilə təmin edərik" deyərək atalarının qiymətini qoymaları və s. Bunlar yarışma ərəfəsində eşitdiyim, gördüyüm faktlar idi. İndi keçim qalibə...

Yarışma ərəfəsində digər ölkədən olan iştirakçılar İçəri Şəhərdə yeməyə gedəndə İsveçdən olan iştirakçı, Loren bir neçə hüquq müdafiəçiləri ilə görüşüb, mülkiyyət hüququ ilə bağlı sərgiyə baxıb. Daha sonra Lorenin keçirdiyi mətbuat konfransında vəziyyət bir az da gərginləşib.


***

Yadımdadır keçən il 17 aprel mitinqini işıqlandırmağa gələn İsveç jurnalistləri həbs olunaraq öz ölkələrinə deport olunmuşdular. Amma bu dəfə deport olunmadılar alqışla yola salındılar.


Loren: Mənim rəqsimin mənası "Azadlıq" bu idi. Özün olmağa çalış, qaydalar, məhdudiyyətlər səni sıxmasın, o zaman azad olacaqsan

Комментариев нет:

Отправить комментарий