22 янв. 2013 г.

Orduda əsgərlərə qarşı vəhşiliklər davam edir (Foto - video)

"Əsgər Qubatov Ceyhun yanvarın 7-si 2013-cü il tarixdə ürək çatışmazlığı diaqnozu ilə vəfat etmişdir".

3 ay əvvəl oğlunu Xırdalan hərbi komissarlığından orduya yola salan anaya yanvarın 8-də Daşkəsəndəki hərbi hissələrdən birinin komandiri adından gələn məktubda belə yazılıb.

ƏSGƏRİN YAXINLARI ƏSGƏRİN DÖYÜLƏRƏK ÖLDÜRÜLDÜYÜNÜ DEYİRLƏR

İstər ana, istərsə mərhumun yaxınları əsgərin ürək çatışmazlığından ölməsinə inanmırlar. Oğlunun üzündə və bədəninin müxtəlif yerlərində olan çoxsaylı xəsarətlər Samirə Qubatovanı onun döyülərək öldürülməsinə inandırır.

Samirə Qubatova: Bir övladım var idi. Çox xahiş edirəm övladımın qanını yerdə qoymayın. Atasız böyüyüb. Onun qatilini tapmaqda mənə kömək edin.

IMG_9729Rəşad Həsənov, gənc aktivist: Məsələnin kökündə orduda baş verən öz başnalıqlar, korrupsiya hadisələri və bu hadisələrin araşdırılmaması dayanır. Qeyri-döyüş şəratində əsgər ölümləri ilk dəfə deyil, hər il 100-ə yaxın əsgər ölürdü. Yanvarın 7-də vəfat edən Ceyhunun ölüm hadisəsi çox ciddi bir səs-səda doğurdu. Bu artıq son damcı oldu

Ülvi Həsənli,gənc aktivis: Aksiya müddətində təxminən 100-ə yaxın adam saxlanıldı. Bu adamlar polis bölmələrinə aparıldı. Və məndə saxlanılarnların içində idim. Bizi 3-4 saat saxladılar, daha sonra bizim haqqımızda protokol tərtib etdilər ki, siz qanunu pozmusuz, icazəsik aksiyaya çıxmısız. 2 gündən sonra bizi yenidən çağırıb polis bölməsinə, ordan da məhkəməyə apardılar. Məhkəmə bizi 300-600 manat cərimə etdi.
-

Kənan Qasımlı: Məhkəmədən sonra onları yüksək cərimələr oldu. Və facebook-da yarandı. Bəxtiyar Hacıyev başlatdı bu kampaniyanı ki, gəlin birlikdə həmrəy olaq. Bu həm də aksiyadan sonra həmrəyliyi saxlamaq üçün eventi davam etməsi üçün istədik.

Aksiyadan sonra valideynlər, hərbi qulluqda öldürülən və zorakılığa məruz qalan övladları ilə bağlı mətbuata müraciətə başladılar

Ramin Deko: Məlum aksiyasından sonra hadisələr artıq, Salyandan hazırladığım reportajdan sonra Şəkidən, Keşlə Biləsuvar və s. müraciətlər gəlib. Yaxın günlərdə oralara gedəcəm

DSC_0003
Flickr foto
Əsgərin anası:
Oktyrbarın 12-i gedib 2010-cu ildə, gedib məzuniyyətə gəlib geri qayıdandan sonra iflic olub, gözləri görmür, danışa, gəzə bilmir. Heş bir yerdən də yardım edilmir. Salyandan olan əsgərin Flickr-də fotoları

Demotix-də daha çox foto



foto: facebook
Yanvarın 21-də "Facebook" sosial şəbəkəsində azərbaycanlı hərbi qulluqçunun yerləşdirdiyi foto böyük qalmaqala səbəb olub. Sosial şəbəkədə paylaşılan alçaldıcı foto artıq geniş müzakirə obyektinə çevrilib.

Belə ki, səlahiyyətlərindən sui-istifadə edən Ülvi Namazlı adlı hərbçi 5 əsgərin kürəyinə üz qırxmaq üçün sabun köpüyü ilə "GƏNCƏ" sözü yazıb və onlarla şəkil çəkdirib. Daha sonra həmin şəkili də qürurla "Facebook"da paylaşıb. Artıq Ülvi Namazlı “Facebookda”kı profilini bağlayıb.


Комментариев нет:

Отправить комментарий