6 апр. 2014 г.

Köhnə və dəyişməyən Əmircan...

Bu dəfə yolumu Əmircana saldım. O Əmircan ki, Səttar Bəhlulzadə, Abbasqulu ağa Bakıxanov, Tofiq Bakıxanov kimi şəxsiyyətlər yetirib.

Yolumu elə Səttar Bəhlulzadənin ev muzeyindən başlamaq istəsəm də, direktoru bildirdi ki, muzey iki il bundan qabaq fəaliyyət göstərməli idi, amma yollar "bərbad gündə olduğundan", muzeyin açılışı olmayıb. Odur ki, muzeyin içərisində şəkil çəkməyimə icazə verilmədi.


Açığı 2 il əvvəl gələndə də bu sözləri eşitmişdim. Demək heç nə dəyişməyib. Muzeydən çıxıb, kəndin küçələri ilə yoluma davam etdim. Küçələr arası yollar həqiqətən də bərbad idi. Hələ gənclərin işsizlikdən çayxanalarda vaxt keçirməklərini demirəm. Hansı gənci tərpədirsən “İş var, işləyək?” sözlərini deyir. Yaşlı insanların isə vəziyyəti aydındır. Təqaüddə olduqlarından vaxtlarının əksəriyyətini ya veteranlar evində, ya məsciddə ya da dalanlarda yığışıb söhbət edirlər. Yaşlı insanların dediklərinə görə, Sovet dövründə zavod və fabriklərdə (ardı...)

Комментариев нет:

Отправить комментарий