15 апр. 2014 г.

Mərdəkanda da evlər söküləcək

Bəli-bəli, düz oxudunuz, Mərdəkandakı evləri də sökməyə başlayacaqlar, sakinlər belə deyir. Amma bütün evlər sökülməyəcək.


Əsas da tarixi Mərdəkan qalasının ətrafındakı evlər söküləcək.

Açığı bu sözləri eşidəndə inanmadım, amma kənd sakinlərindən əksəriyyəti sökülməni təsdiq edəndə inandım.
Deyilənə görə, Mərdəkan qalasının ətrafındakı evlər sökülüb, yerində park salınacaq.
Bir sözlə, turizm məqsədilə söküləcək.

Toya getməli olan "Sovetski"

Mərdəkan sakini olan Arif dayı deyir ki, Sovetski camaatına "heç olmasa 1500 manat verirdilər".
"Bizə heç 1000 manat verən olmayacaq. Bizlə müqayisədə Sovetski camaatı toya getməlidir".

Bəlkə də çoxlarınız Amerika filmlərinin bəzilərində dağın üzərində Amerikanın dörd prezidentinin heykəlini görmüş olarsınız.
Həmin heykəllər Cənubi Dakota ştatında yerləşir. Ştata gələn turistlərin çoxu da məhz həmin heykəllərə baxmağa görə ora gəlir.

Məhz o heykəllərə görə, ştat öz ehtiyaclarını ödəyə bilib. Ətrafda mağazalar, atraksiyonlar, hotellər və s. qurulub ki, gələn turistlər həm əylənsinlər, həm də ziyarət etsinlər.

İndi baxın, dağlarda quraşdırılan həmin heykəllərin tarixi maksimum 200-300 əvvələ gedirsə, Mərdəkan qalasının tarixi XII əsrə gedib çıxır... (ardı...)






Комментариев нет:

Отправить комментарий