19 июн. 2014 г.

"Əli ayağı" ziyarətgahı

Əli Ayağı ziyarətgahı haqqında belə bir rəvayət var ki, keçmişdə kəndin seçilən ağsaqqallarından biri yuxuda yaşıl paltarda nurani üzlü bir insanı görür.

Bu insanın qılıncının iki haçalı olması ağsaqqalda İmam Əlininin olmasına əminlik yaradır.
Ağsaqqal yuxuda görür ki, İmam öz atı ilə birlikdə gəlib Buzovnada bir məkanda dayandı. Daha sonra İmam Əli atdan yarıenmiş vəziyyətdə, bir ayağını atın üstünə, bir ayağını isə yerə qoyur.
Yuxudan ayılan kənd sakini yuxusunu təsdiqləmək üçün həmin əraziyə gəlib və yuxuda gördüyü izləri görür. Bu hadisəni kənd camaatına danışandan sonra, kənd camaatı həmin ağsaqqala inanır.
Və o vaxtdan bu günədək həmin ərazini "Əli ayağı" ilə insanların inanc yerinə çevrilir".
Hazırda həmin ziyarətgaha "hər gün yüzlərlə insan gəlir".













Комментариев нет:

Отправить комментарий