19 авг. 2015 г.

Keçmişə bir anlıq səyahətim (fotolar)

Təxminən 15 il bundan qabaq tramvaydan istifadə etmişdim. 2003-cü ilə qədər də troleybusdan. İndiki nəsil xatırlamaz tramvay və troleybusları. Uşaq vaxtı tramvaya arxa qapıdan minib dayancaqda da düşüb qaçardıq.


Hətta yadımdadır ki, dostlarımızla troleybusdan o qədər pulsuz  istifadə etmişdik ki, bir dəfə də minmək istəyəndə sürücü gəlib bizi düşürmüşdü. Biz də hirslənib, troleybusa daş atmışdıq. Hətta bir dəfə troleybusun buynuzunu da dartıb çıxartmışdıq.

O illərdən uzun zaman keçib. Heç düşünməmişdim ki, yenidən troleybus və tramvaydan istifadə edəcəm. Bəlkə də qəribə səslənəcək amma indi tamam başqa hisslər yaşadım. İşlərimi bitirib tramvayın keçəcəyi yeri axtarırdım. Yolda dayanan xanıma yaxınlaşıb tramvay yolunu soruşdum. Adam  da təəccüblə soruşdu ki, hara getmək istəyirsiz? Mən də qaldım belə... Bilmədim nə deyim, necə deyim ki, "kayf üçün" minmək istəyirəm. Nəysə, axırda dedim ki, şəhər mərkəzinə getməliyəm. Xanım cavab verdi ki, məhlələrin arası ilə get tramvay qarşına çıxacaq. Minib gedə bilərsən.

Üz tutdum məhlələrin arasına və tramvaya mindim...... Deyiləsi deyil, uşaqlıq xatirələri, taqqıldayan relslər, cırıltı ilə açılan qapılar və tramvayın özünə məxsus qoxu.... Hələ sovetdən qalma binaların arası ilə keçəndə, o günləri film kimi xatırladım. Hara getdiyimi bilmirdim amma gedirdim...

Çox uzatmağın mənası yoxdur, dəhşət hisslər idi. Fotoları çəkdim ki, Sizlər də baxasınız. Maraqlı olsa paylaşın :)



































Комментариев нет:

Отправить комментарий