18 авг. 2015 г.

Saakaşvili ilə ilk görüşüm (fotolar)

Səhər yuxudan təzə oyanmışdım ki, telefonuma zəng gəldi. Telefonu götürəndə oğlan həyacanla dedi ki, "Saakaşvili planı dəyişdirib, polis akademiyasına gedir. Özünü çatdır!" Əynimi geyinib, deyilən ünvana getdim. Bütün jurnalistlər gəlmişdi. Akademiyadan bir xanım çıxdı, gələn jurnalistlərin adlarını yazmağa başladı.


Təxminən 5 dəqiqə sonra jurnalsitlər vəziqələrini göstərdib içəri daxil oldular. Sıra mənə çatanda vəsiqəmə baxıb saxladılar. Bildirdilər ki, akademiyaya ancaq Ukrayna vətəndaşları daxil ola bilər. Digər ölkə vətəndaşlarına qadağandır. Açığı belə bir olacağını heç düşünməmişdim. Adımızı yazan xanım, akademiyanın rəhbərliyindən dəqiqləşdirib məlumat gətirəcəyini dedi. Xanım geri qayıdıb mümkün olmadığını dedi.

Xanım yenidən vəsiqəmi yoxladı əlavə sorğu-sual və s. Yeni məlumat almaq üçün içəri keçmək istəyəndə xanımdan xahiş etdim ki, Azərbaycandan gəldiyimi Saakaşvilinin özünə çatdırsın.

Bir az keçəndən sonra xanım, gülə-gülə gəldi ki, bəs içəri keçə bilərsiz :) Demək Saakaşvili gəlişimdən xəbəri var idi.

Nə isə... akademiyada təlimlər başladı. Saakaşvili də gənclərlə birlikdə iştirak edirdi. Saakaşvilinin istəyi ilə California-dan gətirilən polislər gənclərə insanlarla necə rəftar etmək lazımdır, ən kritik anda nə etmək olar və s. izah edirlər. Görünən də o idi ki, akademiyada köhnə kadr yox idi. Hamısı yeni gələnlər idi.

Sonda Saakaşvili dedi ki, Gürcüstanda tətbiq etdiyimizi burda edəcəyik. İnsanlar polisin nə olduğunu anlamalıdırlar. Artıq avqustun sonundan həmin gənc polisləri şəhərə görmək olar. Nəzəri bilikləri var, qoy artıq hər şeyi praktikada tətbiq etsinlər. Mən demirəm onlar tam hazırdılar. Səhvləri olacaq və biz bu səhvləri aradan qaldırmaq üçün daha sürətlə işləyəcəyik.

Saakaşvili kursantlarla danışanda maraqlı bir fikrimi diqqətimi çəkdi. Adam dedi ki, "Biz dəyişməsək heç kim gəlib dəyişən deyil. Odur var gücümüzlə hamımız çalışmalıyıq"

Maraqlı təəsüratla ayrıldım. Digər görüşlərinə düşə bilsəm onlardan da yazacam.









Комментариев нет:

Отправить комментарий