19 окт. 2019 г.

Müxalifət Bakının mərkəzində icazəsiz aksiya keçirdi (FOTOLAR)





Əli Kərimli ilə birlikdə Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvləri Vahid Məhərrəmli və Tofiq Yaqublu da saxlanılıb. Onlar birlikdə Kərimlinin evindən çıxıblar, burada bir qrup fəal da onlara qoşulub.

Onlar bir neçə yüz metr irəliləməyə müvəffəq olublar. Heydər Əliyev Sarayının qarşısında Kərimli, Yaqublu və Məhərrəmli və digər fəallar güc tətbiq edilməklə saxlanılıb.
Bundan sonra ətrafda olan etirazçılar hökumət əleyhinə şüarlar səsləndirməyə başlayıblar. Polis fəalları kütləvi şəkildə saxlamağa başlayıb. 100-ə yaxın insan saxlanılıb, onlar üç avtobusa mindirilib və naməlum istiqamətə aparılıb. -06D-
Əli Kərimli saxlanılıb
Bakı/19.10.19/Turan: Polis AXCP lideri Əli Kərimlini evdən çıxarkən saxlayıb.
Həmçinin "Azadlıq" qəzetinin əməkdaşı, AXCP üzvü Təzəxan Mirələmli saxlanılıb.
Şəhərin mərkəzində polis qüvvələri insanların 5-10 nəfərlik qruplar şəklində toplanmasına icazə vermir.
Heydər Əliyev Sarayı qarşısında saxlanılmalar aparılıb.
Şəhərdə gizli FH rejimi fəaliyyət göstərir.
Mərkəzə və Bakının bir çox digər hissələrində İnternet kəsilib, mobil rabitədə fasilələr var.
Bir çox regionlarda, o cümlədən Gəncə, Masallı, Lənkəranda da internet kəsilib.











Комментариев нет:

Отправить комментарий