20 окт. 2019 г.

Qadınlar "şiddətə yox" dedilər şiddət gördülər (FOTOLAR)

Polisin sərt müqavimətinə baxmayaraq, qadın fəallar bazar günü günorta saatlarında Bakının mərkəzində qadınlara qarşı zorakılıq əleyhinə etiraz aksiyası keçirməyə müvəffəq olublar.
50-60 nəfərə yaxın aksiya iştirakçıları - əsasən qızlar və qadınlar, habelə onları dəstəkləyən gənc kişilər Natəvan heykəli qarşısında yığışıblar.

Onlar "Torqovaya" küçəsində yürüş etmək niyyətində idilər. Amma polis nümayəndələri onların yolunu kəsib və plakatlarını cırmağa başlayıb. Bir neçə iştirakçı kobud şəkildə güc tətbiq edilərək saxlanılıb və aparılıb. Bu, etirazçıları daha çox qəzəbləndirib və onlar saxlanılanlar sərbəst buraxılmadan getməyəcəklərini bildiriblər və "Saxlanılanları azad et!" şüarı səsləndirməyə başlayıblar.

Polis bir neçə nəfəri yerindəcə buraxmaq məcburiyyətində qalıb və onlar qollarındakı qançırları göstəriblər. Bu, gərginliyi daha da artırıb. Polis geri addım atmaq və iştirakçıların aksiyanın qətnaməsini oxumasına icazə vermək məcburiyyətində qalıb.

Bu uğur onlara ilham verib və onlar polis dövrəsini yararaq, "Zorakılıq qarşısında susma!", "Qadınlara qarşı zorakılığa yox!", "Selektiv abortlara yox!", "Erkən nikahlara yox!", "İstanbul Konvensiyasını təkzib etmək!" və s. şüarlar səsləndirə-səsləndirə 100 metrə yaxın yürüş ediblər.










Photo: Aziz Karimov

Комментариев нет:

Отправить комментарий