24 окт. 2019 г.

Qarabağ APOEL-i məğlub edə bilmədi (FOTOLAR)

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Azərbaycanın “Qarabağ” klubu Kiprin “APOEL” klubu ilə 2-2 heç heçə oynayıb. Uğurlu starta baxmayaraq, Azərbaycan çempionu qələbəni qoruyub saxlaya bilməyib.
“Qarabağ” 13-cü dəqiqədə Dani Kintananın səyləri nəticəsində hesabı açıb. İspan oyunçu digər ispan komanda yoldaşı Miçeldən ötürmə alıb, aldadıcı hərəkətlə rəqibin qapıçısını yerə sərib və topu tora göndərib. Daha sonra ağdamlılar iki dəfə azarkeşlərini məyus edib.

 29-cu dəqiqədə qonqların kapitanı İoannu cərimə zərbəsindən ötürmədən sonra baş ilə hesabı bərabərləşdirib. Daha sonra “Qarabağ”ın kaitanı Rəşad Sadıqov kobud səhvə yol verərərk lazımı anda ayağını topa toxundura bilməyib. Bundan istifadə edən Xallenius qapıçı Beqoviçlə təkbətəkə çıxaraq komandasını hesabda önə çıxarıb.

 “Qarabağ” status-kvonu ikinci hissədə bərpa edib. 59-cu dəqiqədə müdafiəçi Ailton Dani Kintananın dəqiq ötürməsini baş zərbəsi ilə tamamlayıb. Bundan sonra çoxsaylı imkanlara baxmayaraq, Azərbaycan çempionu üçüncü dəfə qonaqları məyus edə bilməyib.

Üç oyundan sonra “Qarabağ” dörd xalla qrupda ikinci yer tutur. Dördüncü tur noyabrın 7-də keçiriləcək. Həmin günü “Qarabağ” Kiprdə “APOEL”in qonağı olacaq.











Photo: Aziz Karimov

Комментариев нет:

Отправить комментарий