31 дек. 2012 г.

2012-ci ildə yadda qalan hadisələr (fotolar)


Artıq 2012-də bitdi. Bu ildə kifayət qədər maraqlı hadisələrlə keçdi.  Yadımda qalan hadisələri çalışdım yazım. Hansıları unutmuşamsa şərh bölməsinə yaza bilərsiz. Beləliklə...


Yanvar 
  • Hakim partiyanın saytı haker hücumuna məruz qalıb
  • Fransa Senatı erməni soyqırımı inkara görə 1 il həbs və ya 45 min avro cərimə nəzərdə tutan qanun qəbul edib.
  • Rüstəm Ibrahimbəyov Fransa ordenindən imtina etdi

 Fevral
  • AZTV-nin saytı haker hücumuna məruz qalıb

Mart
  • Qubada kütləvi iğtişaşlar
  • Xədicə ismayIlovanin şəxsi həyatina müdaxilə fakti üzrə cinayət işi qaldirilib
  • Gənclərin keçirdikləri icazəli aksiyada Jamal Ali, Etibar Salmanlı Natiq Kamili həbs edildilər
  • TQDK-nın monitorinq zamanı 22332 nəfər saxta diplom sahibi aşkar edilib.
  • Mingəçevir SES-də partlayış, bir nəfər həlak olub


Aprel
  • Jurnalsit İdrak Abbasov ARDNŞ əməkdaşları tərəfindən vəhşicəsinə döyüldü
  •  Ictimai Palata növbəti mitinqi mayın 6-na təyin edib
  • Ziya Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib
  • Dənizkənari bulvara daha 5 mln. manat ayrılıb
  • Polis anım mərasiminə gələnləri döydü

 May
  • 57-ci Eurovision musiqi yarışmasına start verildi
  • Zaqatalada güclü zəlzələ baş verdi yüzlərlə evə ziyan dəydi
  • Iranda iki gənc azərbaycanli yazıçı saxlanıldı
  • İTV önündə aksiya zamanı 42 nəfər saxlanılıb
  • Jurnalist Anar Bayramlı həbs olundu
  • İP-nın xalq gəzintisi zamanı polis bir neçə fəal gəlci saxladı



İyun
  • Bəxtiyar Hacıyev şərti azadlığa çıxdı
  • Hillari Klintonun vətəndaş cəmiyyəti ilə görüşdü
  • Jurnalist Mehman Hüseynov həbs edildi
  • İyun ayı ərzində 60 tondan çox çətənə kolu məhv edilib
  • Tanınmış vəkil İsaxan Aşurov uzunsürən xəstəlikdən sonra ABŞ xəstəxanasında dünyasını dəyişdi


İyul
  • Heydər Əliyev Mərkəzi yandı
  • Füzulidə yerləşən N saylı hərbi hissədə əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan atəş nəticəsində dünyasını dəyişib.

Avqust
  • Azərbaycanli güləşçilər iki olimpiya medalı qazanıblar
  • Milli orduda əsgər incidildikdən sonra özünü asıb başqa bir əsgər isə özünü güllələyib.
  • Azərbaycan Olimpiya oyunlarında İKİ QIZIL MEDAL qazandı
  • islamazeri.com saytının redaktoru vaxtından əvvəl şərti azadlığa çıxdı
  • Amerikanin yeni səfiri Riçard Morningstar Bakıya gəldi
  • Lökbatanda qatarla avtobusun toqquşması nəticəsində 15 nəfər həlak oldu
  • Ağdamdakı N saylı hərbi hissəsində htiyatsızlıq üzündən silahından açılan güllə əsgər yoldaşına dəyib
  • Ramil Səfərov Bakıya gətirilib və azad edilib

Sentyabr 
  • Ramil Səfərov mayor oldu və hərbi xidmətə qayıtdı
  • Iran hakimiyyəti Azərbaycan şairlərini azad edib
  • Xeber44.com saytının redaktoru həbs olundu
  • NİDA gənclər təşkilatının üzvü Zaur Qurbanlı saxlanıldı.

Oktyabr 
  • Gürcüstanda seçkilər keçirildi
  • Dindarlar Təhsil Nazirliyi qarşısında aksiya keçirdi. Polislər və aksiya iştirakçıları tərəfindən xəsarət alanlar oldu
  • FIFA U-17 qadinlararası dünya çempionatı başa çatdı
  • Ərəstun Oruclu İP-dən istefa verdi
  • Fəvvarələr meydaninda etiraz aksiyasının 12 iştirakçısı inzibati həbsə məhkum edildi
  • Elşad Abdullayev yeni video yaydı
  • Bakıda City Challange sürət yarışına start verildi
  • Milli orduda daha bir əsgər intihar etdi

Noyabr 
  • Daxili Qoşunların Sumqayıtdakı N saylı hərbi hissəsində baş çavuş Tural Məmmədov özünü asıb.
  • BP-AZERBAİJAN şirkətinə yeni rəhbər təyin edildi
  • Bakıda 7-ci internet idarəçilik forumu işə başlayib
  • Barak Obama prezident seçkilərində qalib gəldi
  • Noyabr ayı ərzində 4 əsgər minaya düşüb
  • Polis Bakının mərkəzində müxalifətin aksiyasını amansızlıqla dağıdıb
  • Türkan Şoray Bakıda master-klass keçirib

Dekabr 
  • Nigar Yaqubluya 2,5 il iş verildi
  • Rusiya Qəbələ RLS-dən istifadəni rəsmən dayandırdı
  • 10 dekabr İnsan Haqları günündə Bakının mərkəzində keçirilən aksiyada 50-dən çox insan saxlanıldı
  • Prezident əfv fərmanı imzaladı. əfv edilənlər sırasında 2 “vicdan məhbusu” və 11 siyasi məhbus var
  • Gülər Əhmədova qalmaqalında adı hallanan Sevinc Babayeva müəmmalı şəkildə İstanbulda öldü.
Belə... 2012-ci il belə keçdi. 2013-də maraqlı hadisələrlə yenidən görüşmək ümidilə... Hər birinizi öpüb bağrıma basıram. ;)




Комментариев нет:

Отправить комментарий