Yalnız bir gün. Hər dəfə belə olub. Sona qədər də belə olacaq. Əvvəl sosial şəbəkələr yox idi bunlar da yox idi. Amma indi gördüklərim bunu yazmağa məcbur elədi. 20 yanvar! Qısa sujet yadımdadır qardaşımın 1 yaşını qeyd edirdik. Amma çöldə göydən atılan güllələri fişəng kimi başa düşürdük. Sən demə...
Artıq hadisədən 21 il keçib. Kanallarda yenə Habil Əliyevin, Ramiz Quliyevin, Kamil Cəlilovun "zəminxarə"ləri hələ də qulağımnan getmir. Nə dəyişib? Heç nə. Şəhidlər xiyabanına gələnlərin sayı dəyişə bilər. Amma bu da simvolikdir. Özümü dərk edəndən, 20 yanvarda "zəminxarə" çalınır. Məncə artıq ssenarini dəyişmək vaxtıdır. "Hücum etdiyiniz ölkənin marşına baxın..." Bu sözlərin müəllifini xatırlaya bilmirəm amma çox dəqiq sözdür. Biz nə vaxta kimi şəhidlərə ağlamalıyıq? Hələ sosial şəbələrdə mənasız foto və statusları demirəm. Heç dəxli olanlar olmayanlar fotolara bir-birilərini tag edirlər. Nə olsun?! Hələ bu gün İçəri Şəhər metrosunda Niyaməddin Musayevin mahnıları da yer almışdı...
Şəhidlik ən uca məqamdır. Ağlamaq və mənasız şərhlər vermək yersizdir. Əsas qürur duyulası andır. Artıq, üvertura, cəngi çalınma vaxtıdır. Allah şəhidlərimizə rəhmət eləsin.
1 комментарий:
kafir)))
Отправить комментарий