17 сент. 2011 г.

Susuzluq

İşim çox olduğundan blog yaza bilmirdim. Bu aralar hədsiz gərgin işləyirdim. Maksimum çalışacam bu qədər ara verməyim. Nə isə keçim mətləbə... 2-4 sentyabrda Nabranda Bloqosfer 2011 forumu keçirilmişdi. Forumun sponsorlarından olan AquaVita şirkətinin nümayəndəsi səhnəyə çıxıb elan elədi ki, bloqqerlər arasında yazı müsabiqəsi keçiriləcək. "Yazı istər tənqidi, istərsə də xoş sözlər yazın, oxuyub qiymətləndirəcəyik". Açığı, bloqqerlər arasında bu cür müsabiqə birinci dəfə keçirildiyindən müsabiqəni uğurlu hesab etmək olar. Bundan əvvəl özəl şirkətlərin bəziləri ancaq jurnalistlər və tələbələr arasında yazı müsabiqəsi keçirblər. Nəticələrini isə bəziləri ədalətsiz olduğunu təsdiqləyib. Nə isə, bu tamam başqa mövzudur. Bu barədə çalışacam başqa vaxt yazım.

AquaVitanın nümayəndəsi mövzunu elan edəndə öz-özümə "içdiyim su xlorludur" dedim.

Həqiqətən də belədir. Şəhərin düz mərkəzində yaşayıram, gündə iki dəfə olmaqla evimizə xlorlu su verilir. Ağaca verilən su, yaxud sənin içdiyin su eyni olduğundan təbii ki, krandan gələn suyu içə bilmərəm, məcburən su qaynatmalıyan yslnız ondan sonra içə bilərəm. Suyu qaynadıb içdikdə isə suda olan vitaminlərin əksəriyyəti məhv olur. Bu da o deməkdir ki, içdiyin suyun elə də xeyri qalmır. Ona görə bir çox mütəxəssislər təbii bulaq suyunu məsləhət görür. Təbii bulaq sularının da hansı şəraitdə Bakıya və regionlara daşınması, qablaşdırılması və s. hələ də üstüötrülü qalır. Bu məsələnin bir tərəfi.

Azərbaycanda da bir neçə şirkət var ki, "təbii bulaq" suyu altında sular buraxırlar. Sadə vətəndaşlar da suyun hansı şəraitdən hazırlanmasından xəbərsizdir. Hələ mən ağır maddəli suları demirəm.


Hamı çox gözəl bilir ki, Azərbaycanda istər qazlı, qazsız, həmçinin "təbii şirə"lərin vəziyyəti nə cürdür. 1 manata əsl təbii 1 litrlik şaftalı sokunu almaq mümkün deyil. 1 kiloqramı 1 manata maksimum 300-400 ml şirə çıxa bilər bəlkə də daha az. Bu günə qədər dükandan adi su almamışam, elə düşünürəm ki, "təbii bulaq" suyunu altında satılan su da belələrindəndir. Qaynadılmış içdin, yaxud da dükandan aldın eyni şeydir. Ondan, su alanda qazlı suya üstünlük vermişəm.

Evdə içdiyim su xlorludur.  Qaynadılmış halda isə vitaminsiz, mineralsız adi su...

Sonda, sular pis olsa belə məcbursan içməyə. Hansısa kitabdan oxuduğum yadımda deyil, amma belə bir cümlə var idi; İnsan maksimum 3 gün susuz, 4 gün ac qala bilər qala bilər. Bu onu göstərir ki, susuz yaşamaq mümkün deyil. Yemək olmadan belə, günlərlə yalnızca su ilə keçinə bilərsən. Amma susuz mümkün deyil....

p.s AquaVitanın PR-ı (Public Relations) çox uğurlu seçilib. Ona görə ki, Azərbaycanda ilk dəfə olaraq bloggerlər arasında yazı müsabiqəsi keçirib. Bir çox iri şirkətlər ancaq jurnalistlər arasında yazı müsabiqələri keçirirlər. Amma bloggerlər arasında ilk müsabiqədir. Aparıcı bloggerlərin bu forumda iştirakı və onların yazacağı yazı az çox da olsa müəyyən bir kütləni əhatə edə biləcək. Üstəgəl, ortada yazılan yazılarda senzuranın olmaması, Samsung Galaxy Tab-in olması isə maksimum rəqabət yaradacağını deyir. Onsuz da bəzi blogger və media nümayəndəsinin evində internet nədir heç kompyuteri belə yoxdur. Bu hədiyyə isə, kompyuteri olmayanları üçün əla şans yarada bilər.

2 комментария:

kkk iiii комментирует...

p.s. Azərbaycanda bloggerlər arasında yazı müsabiqəsi ilk dəfədir keçirilmir.keçən il də keçirilmişdi, UniBankın dəstəyi ilə.

Aziz комментирует...

Hmm, onda yəqin elə də aktual deyildi...

Отправить комментарий