5 нояб. 2011 г.

Ülvinin "polis sevgisi"

foto: azerphoto.com
Elə düz söhbətdir. Deyirlər canavardan qorxma, qoyundan qorx. Canavarın yırtıcı olduğunu bilib ona yaxınlaşmırsan. Amma qoyunun arada canavar kimi üstünə şığımasını görəndə çaşıb qalırsan.

Bu gün dostumuz Ülvi, "səhər-səhər polisin tərbiyəsizliyi" ilə bağlı youtube-da video paylaşmışdı. Hələ tezbazar bloq da yazmağa vaxt tapmışdı. Video sujet qurtarandan sonra polislərlə bağlı digər videolar da baxdım. Bir onu gördüm ki, polislərin maşında oturub "anqırararq" insanları yerbəyer eləməsi tək bizdədir. Ola bilsin yanılım amma gördüklərim buna sübutdur. Artıq PPX-da oturanlar da başlayıb qışqırmağa. Doğrudan üzücü hadisədir.

Təsəvvür edirəm, Eurovision yarışmasında demokratik ölkələrdən çıxıb bura gələnlər polislərin bu hərəkətini necə qiymətləndirəcək. Demokratik ölkələrdə polislər gülərüz, səmimidirlər. Kimin nə problemi varsa polisə yaxınlaşıb söhbət edən kim, dərdləşən kim. Bəs bizdə niyə belə olmur?

Hələ məhkəmələrə gəlib zərər çəkmiş qismdə iştirak edən polislər... Başqa vaxtlarda şir kimi qışqıran polis, məhkəmə zalında məsum pişiyə dönür. Arada cilddən-cildə də keçə bilirlər.

Bilirsən Ülvi, bizim polislər elə bil, keçmişdə imperiyaların "parçala, hömranlıq et" siyasətini yeridirlər. Polissənsə sənə hər şey olar. Bir sözlə hamı polisdən qorxmalı, onun dediyini etməli, ona hörmət etməli və s. Bir az da onlara şərait yaratsan deyəcək, gəl bir əl də q***m.

Yaxud da polisin dediyi ilə razılaşmayanda ya dubinkaya ya da şilləyə keçəcək. Amma qərbdə polis vətəndaşlarla mülayim davranır, problemini dinləyir ondan sonra qərar verir. Əgər vətəndaş tabe olmayanda göz yaşardıcı qazla ya da elektro-şokla "sakitləşdirir".

Bizdəki vəziyyət sadəcə əxlaqsızlıq və tərbiyəsizlikdən başqa bir şey deyil. Üstəgəl savadsızlığı da nəzərə alsaq vəziyyət gör necə görsənəcək :)



2 комментария:

Ülvi Hipermilli комментирует...

Əziz, elə əsəbimnən yazdım bu gün Sabaha saxlasaydım, yəqin ki yazılmayasıydı =))) Bezdiriblər uje, belə də şey olar? Neçə saat eləcə qışqırıb polislər burda

Анонимный комментирует...

11 noyabrda Gürcüstandan Azərbaycana qatarla gəlirdim.Böyükkəsik stansiyasında gömrükcülərimiz qatarı yoxlamağa başladılar.Bizim vaqonda qonşu vaqondan gəlmiş hündür və cüssəli bir gürcü cavan oğlan var idi.Gümrükcülərimizdən biri ilə sözləri çəp gəldi.Gömrükçü ona rus dilində kobudcasına cıx burdan deyirdi,o da cıxmırdı.Səsə başqa gömrükçülər yığışandan sonra,bayaqdan ağzına güc verən gömrükçümüz ürəklənib əlini də işə saldı.Bundan başqa vaqonda olan sərnişinlərın qarşısında ən pis söyüşləri belə söyməkdən çəkinmədi.Pulla və ya tanışlıqla tərbiyəsiz və savadsız adamları işə götürəndə, nəticədə belə,uniformalı tərbiyəsiz gömrük işçisi alınır.Bu hələ xarici ölkə vətəndaşı ilə belə davranırdı.

Отправить комментарий