15 дек. 2011 г.

Etirafnamə

Son günlər tvitter və facebooku izləyirəm. Hamı etiraf etməyə başlayıb. Dedim vsyoo, İmam Mehdi zühur edib hamı da öz poxunu açmağa başlayıb. "Etirafı" kim ortaya atdığını bilmək istəyirdim. İpin ucunu tapıb sonuna getdim. Başında Etibar çıxdı. Hərə bir cür etiraf edir. Day xırdalamıram, hansı bloggeri istəyirsən qaldırsan "etiraf" edəcək.
Day Etibar dedi növbə sənindir, Emil də gecə vəsiyət edib... Nə isə1-2 etiraf da mən yazım vsyoo. Qalanını da saxlayım İmamın zühuruna

5-6-7-ci siniflərdə rus dilində digər uşaqlardan fərqlənirdim. Bir gün müəllimə məni uşaqlara nümunə göstərdi ki, "baxın uşaqlar Əziz kimi oxumaq lazımdır. Görürsünüz hər il rus dilini necə inkişaf etdirir. Siz də edin dəə" heç gözləmədim halda sinifdə hansı metoddan istifadə etməyimi soruşdu. Bu qədər tərifdən sonra çox şişmişdim. Dedim hər gün seksə baxıram. Bunu demişdim elə bil sinifdə zəlzələ baş verdi. Qızlar utandıqlarından qulaqlarını tutdu. Oğlanların əksəriyyəti güldü. Hətta bir sinif yoldaşım ilk dəfə seks sözünü məndən eşitdi. Apardılar direktorun otağına eşşək kimi çırpdılar. İmkan vermədilər ki, ağzımı açıb sözümü deyim. Direktor bir tərəfdən, müəllimə bir tərəfdən vurha vurdur. Vəziyyət o yerə çatmışdı ki, məktəbdən qovulacaqdım. Axırda zavuç gəlib dedi, dərsinizi oxuyursa day nə istəyirsiz. kaş elə digər uşaqlar da seksə baxıb rus dilini öyrənərdilər... :) Bu hadisədən evdəkilərin hələ də məlumatı yoxdur.

Qohum-qonşularımız ruhlara çox inanırlar. Kimsə bunlara ruh çağırıb və bu ruh, bunlara hər şeyi danışıb. Bir sözlə bunlar "ruh çağırışına" dəhşət inanmağa başlamışdılar. Günlərin bir günü bunların yanında oturub bunun nə olduğuna baxdım. Bir şey anlaya bilmədim. Bütün işıqlar sönür, şamlar yanır və s. Qorxunc bir mənzərə. Günlərin bir günü dedim verin mən də çağırım, bizimkilər gipnoz vəziyyətdə mənə inanıb icazə verdilər. Açığı nə etdiyimi bilmirdim. Sadəcə gördüyümü təkrar edirdim. 5-6 nəfər barmağını nəlbəkinin üstünə qoyur əgər nəlbəki hərəkət edərsə deməli ruh gəlmiş sayılır :) mən də başladım nəlbəkini özüm hərəkət etdirməyə. Bütün millət şoka düşüb qışqırdı ki, "ruh gəldi, ruh gəldi"  1-2 gün belə davam elədik. 3-cü gün. başladım ruhun adından qohum qonşudan pul istəməyə ;) Bu proses bir neçə il davam elədi. Açığı buna bir əyləncə kimi baxırdım. Hər ruh çağırmada camaatdan 5-6 şirvan çıxarda bilirdim. Uşaqlıqda bu pul böyük pul idi. Bütün ehtiyyaclarımı ödəyirdi. (öyretin lann, öyretin) Hətta qohumlarımızın içində mənə "yarım allah" kimi baxırdılar. Day o qədər eləmişdim ki, axırda bezdim bu işdən. Day eləmədim. Bu işi dayandırandan sonra nə ruh çağıran oldu, nə ruh gələsi oldu... Qohum-qonşularımızın hələ də mənə qarşı inamları qalıb.

Təxminən 1-2 il bundan qabaq bir tanış qız sevinə-sevinə gəlib mənə dedi ki, bəs namaz qılmağa başlıyıram. Dedim, nooldu sən də ərə getməkdən ötrü namaz qılacaqsan?? Day qız nələr demədi mənə, var yoxuma kimi söydü. 3-4 gündən sonra eşitdim ki, bu sözümdən sonra qız islamdan imtina etdi. Nədənsə qızın islamdan imtina etməyinə çox sevinirdim.

p.s boynuma alıram uşaqlıqda çox oğraşlıq etmişəm :) hər halda uşaq idim.

3 комментария:

Анонимный комментирует...

"Başında Etibar çıxdı" :D

Aziz комментирует...

Ala pozulub getmisüz eeeee uje

Анонимный комментирует...

Etirafname isteyirdinse, mene deyirdin, BÜTÜN zibillerivi yazardim))))

Отправить комментарий