12 дек. 2012 г.

Prostoy insanın izi ilə ... (video)

Bu aksiya digərlərindən tam fərqləndi. Daha doğrusu bütün aksiyalarda nəsə baş verməlidir. Gah jurnalistlər döyülür, gah aksiya iştirakçılarına divan tutulur. Bəzi hallarda polis də döyülür.

Bu dəfəki aksiya, 10 dekabr İnsan haqları günündə baş vermişdi. Polis yenə də öz ampulasında "ev tapşırığı"nı yerinə yetirməklə iştirakçılara zor tətbiq etməklə, bir-bir ağızlarını tutub ya sürüyə-sürüyə ya da "qucaq"larında aparmağa köklənmişdilər.

Aksiya iştirakçıları olmayanlar isə, qıraqda dayanıb baş verənlərə rahatlıqla baxırdılar. Sanki böyük bir teatr səhnəsindəki tamaşanı seyr edirlər.

Polis artıq aksiya iştirakçılarını həbs edib bitirmişdi ki, sıradan bir vətəndaş (prostoy insan) prezidenti vəsf etməyə başladı. Elə bu vaxt da 4-5 qadınla "prostoy insan" arasında amansız dialoq başladı. Bu deyir, onlar deyir..... Kişi isə özünə və arxasındakı polis dəstəsinə arxalanıb, prezidentin adını bir neçə dəfə özü də bərkdən təkrar edirdi. İnanırdı ki, ona qadınlar yaxud aksiya iştirakçıları tərfindən hər-hansı bir zor tətbiq olunsa polis onu müdafiə edəcək. Amma "prostoy insan" bəlkə də həyatında inanmadığı bir hadisəylə üz-üzə gəldi.

Enli kürəkli polislər kişinin danışığına fikir vermədən, əl-qolunu burub ərazidən uzaqlaşdırırlar. Bəlkə də kişiyə həyatında bu cür kobudluq olmamışdı. Hələ hadisədən sonra stressə düşüb-düşmədiyi isə sual altındadır.

Həmin bu video son 2 gün ərzində inanılmaz sayda 40 minə yaxın baxılıb və müxtəlif sosial şəbəkələrdə müzakirə olunub.

Bu videodan sonra müzakirələrdə bir çoxlarında belə bir fikir formalaşdı. "İstər iqtidar ol, istər müxalifət fərq etmir. Sus! Danışma! Və sənə verilənə qane ol"....

Bu hadisədən 10-15 dəqiqə keçmiş daha bir yaşlı kişi ortaya çıxıb prezidenti vəsf etməyə başladı. Jurnalistlər yenə hadisə yeriə gəlib ümumi vəziyyəti çəkməyə başladı. Bəzi jurnalistlər isə ümumiyyətlə kişinin danışığını çəkmədi. 2-3 polis həmin yaşlı kişini aradan götürmək istəyirdi ki, bir polis digərlərinə "Əl vurma-əl vurma görmürsən bizi tərifləyir?? Qoy tərifləsin!!" deyib polsiləri aradan uzaqlaşdırır.

Başqa bir polis isə, üzünü jurnalistlərə tutub deyir: "Əəəə çəkin dəə kişinin danışığını niyə çəkmirsiz?? Sərf eləmir??? Gül kimi danışır daaa. Elə öyrəşmisiniz pis-pis şeyləri çəkməyə" .... 

Belə... Bu aksiyada belə sona çatdı. Növbəti aksiyalarda, növbəti hadisələrin izi ilə getməyə çalışacam.


1 комментарий:

Unknown комментирует...

The active worker of the Azerbaijan Democratic party on meeting... Sadixov Azer

Отправить комментарий