16 окт. 2011 г.

İqtidarlı gəncin Gürcüstan polisi ilə "toqquşması"

Foto: ukranews.com
Bu ay bilmirəm nədəndir amma bir o aydın oldu ki, Azərbaycandan Gürcüstana təxminən 30-a yaxın jurnalist, blogger, özəl və dövlət nümayəndələri, müxtəlif səpkili mövzularla ermənilərlə bir təlimdə iştirak ediblər. Çox maraqlı gəldi mənə, görəsən bu cür təlimlər hər ay bu qədər olur yoxsa yox? Nə isə, söhbətim ermənilərdən olmayacaq çalışacam bu barədə növbəti yazılarımda yazım. Keçim əsas mətləbə.

Gürcüstanda olduğum müddətdə Sarkozinin səfəri ilə eyni vaxta düşmüşdü. Axşam dostlarımla, təlimdən çıxıb qaldığımız otelə yollanırdıq ki, iqtidarlı dostlarımdan birini gördüm. Uzun söhbətdən sonra bizimlə bir gəlməyi təklif elədim, o da razılaşdı. Prezidentin gəlişi ilə əlaqədar şəhər gücləndirilmiş iş rejimində çalışırdı. 

Odur ki, əlimizdə foto və kamera ilə kütlə tərəfə yollanırıq. Ancaq bir neçə polis səddini keçə bildik. Sonuncu səddə gürcü polislər bizi saxlayaraq nə dedilərsə heç kim başa düşmədiyindən aramızda qısa anlaşılmazlıq yarandı. Və bu anlaşılmazlıq söz-söhbətlə nəticələndi sonda polis bizi ərazidən uzaqlaşdırmağa çalışdı. İqtidarlı dostum da guya bizə kömək etmək məqsədilə polisdən bizi buraxmağımızı istəsə də bu dəfə o bizdən də sərt reaksiya ilə qarşılaşdı.

Nə isə, vəziyyəti anlayıb geri qayıtdıq. Geri qayıdanda iqtidarlı dostumun çox narahat olduğu görsənirdi. Səbəbini soruşanda "Görmədin, polis necə vəhşi kimi davrandı??" Bu sözündən sonra dedim, həə bax ürəyim qurban, polislər tərəfindən döyülən gənclər nələr çəkidiyini indi bəlkə anlaya bildin...

2 комментария:

kkk iiii комментирует...

Bəs axı gürcü polisini tərifləyirdilər?

Aziz комментирует...

Aha tərifə layiq polislərdir. Amma qanuna tabe olmayanda belə olur

Отправить комментарий