1 янв. 2020 г.

2019-cu ildə yaddaqalan hadisələr

photo: balkaneu.com/
Hər il olduğu kimi bu ildə maraqlı və keşməkeşli hadisələrlə yadda qaldı. 2019-cu ildə belə keçdi...



Yanvar
Mehman Hüseynov və digər siyasi məhbuslar üçün aclıq aksiyası keçirdilər
AzTV-nin rəhbəri Arif Alışov vəzifəsindən çıxarıldı
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib
Mehman Hüseynov və Əli Abdalov barışdılar

Fevral
Məmməd İbrahim 1 ay tez azadlığa çıxdı
Prezindent İlham Əliyev problemli kreditlə bağlı sərəncam imzaladı

Mart
Mehman Hüseynov azadlığa çıxdıqdan sonra Elmar Hüseynovun məzarını ziyarət etdi
Prezident əfv sərəncamı imzaladı. 51 siyasi məhbus azadlığa çıxdı
Diqlas Ticarət Mərkəzi yanaraq külə döndü
Bayram Məmmədov yenidən həbs olundu.

Aprel
Qiyas İbrahimovun evinə polislər gəldi
Azərbaycan əhalisinin sayı 10 milyon oldu
Məktəbli Ellina Hacıyeva oxuduğu məktəbdən 3-cü mərtədən özünü ataraq intihar edib
Elinanın ölümündə adı keçən məktəb direktoru həbs edildi
İçərişəhər Tarix qoruğunda söküntü işləri gedir
4-cü dəfə Bakıda "Formula 1" yarışları keçirildi
Bayram Məmmədov 30 gündən sonra yenidən azadlığa çıxdı

May
Salaam Cinema-nın yerləşdiyi binaya polis gəldi, bina sökülmək təhlükəsindədir.
Mehriban Əliyeva "Salaam Cinema"nın ətrafında baş verən olaya instagram vasitəsiylə cavab verdi
"Qarabağ" 6-cı dəfə çempion oldu
Avropa Kubokunun Finalı Bakıda keçirildi. (Çelsi - Arsenal)

İyun
Hacı Muradın qəbri oğurlanaraq Çeçenistana aparılıb
APA fəaliyyətini bərpa etdi
25 ildən sonra Ramil Usubov DİN-dən azad edildi

İyul
Şəki UNESCO-nun İRS siyahısına düşdü
Şəkidəki Xan Sarayında ağac budağı qırılaraq insanların üstünə düşdü. Ölən və yaralananlar oldu
Bakıda 15-ci Avropa Gənclər Olimpiya Festivalı keçirildi

Avqust
31-ci Beynəlxalq İnformatika Olimpiadası keçirildi
MiQ 29-un pilotu Rəşad Atakişiyevin nəşi uzun axtarışlardan sonra tapıldı.
Jurnalist Seymur Həzi azadlığa çıxdı

Sentyabr
Keçmiş idman şərhçisi AzTV-nin sədri oldu
Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirli oğurlandı
Azərbaycan Xorvatiya ilə heç-heçə etdi
"Qarabağ" Avropa Liqasında "Sevilya" klubuna böyük hesabla məğlub oldu
Keçmiş TQDK rəhbəri Vurğun Əyyub uzunsürən xəstəlikdən sonra vəfat etdi
Rəfail Cəbrayılov deputat mandatından imtina etdi

Oktyabr
Əli Əsədov yeni Baş Nazir oldu
Müxalifət şəhərin mərkəzində aksiya keçirdi. 30 nəfər saxlanıldı
Müxalifət şəhərin mərkəzində icazəsiz aksiya keçirdi.
Əli Kərimli və Tofiq Yaqublu polis bölməsində amansızcasına döyüldülər
Feminist qadınlar şəhərin mərkəzində aksiya keçirdi
İlham Əliyev Əli Həsənov, Hacıbala Abutalıbov, Ramiz Mehdiyevi vəzifəsindən azad etdi
Vergilər Nazirliyi ləğv edildi
Bakıda Qoşulmama Hərakatının XVIII Zirvə görüşü keçirildi

Noyabr
"Müsavat" şəhərin mərkəzində icazəsiz mitinq keçirdi. Saxlanılanlar oldu
Siyavuş Novruzovun xanımı Azərbaycanın Ombudsmanı oldu
Prezidentin köməkçisi Əli Həsənov vəzifəsindən azad edildi. Anar Ələkbərov təyin olundu
Bibiheybət yolu çökdü

Dekabr
Parlament buraxıldı. Növbədənkənar seçkilər 9 fevral 2020-yə təyin olundu
Mehman Hüseynov bələdiyyə seçkilərində kütləvi saxtakarlığın olduğunu iddia etdi
BDU tələbələri "Pulsuz təhsil" plakatını universitetin binasından asdılar
Reper Paster polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka həbs olundu
Bloger Mehman Hüseynov polis tərəfindən oğurlanıb və döyülüb

2018-ci ildə yaddaqalan hadisələr

2015-ci ildə yadda qalan hadisələr

2014-cü ildə yadda qalan hadisələr

2013-də baş verən maraqlı hadisələr

Комментариев нет:

Отправить комментарий