15 июн. 2012 г.

Fahişə olmaqdan utanmayan qatar “provodnikləri”


Fahişə hər yerdə fahişədir. Bir sözlə harda “tutdu” orda

 Açıq etiraf edim ki, qatarla heç bir yerə səfər etməmişəm.  Ya taksiylə ya da avtobusla. Bu dəfə dostlarımın istəyini nəzərə alıb, qatara bilet aldım. Dedim həm öz işlərimi görərəm, həm də qatar keyfini çıxardaram. Nə isə, uzun sözün qısası. Bakı-Balakən qatarına bilet aldım.

Dəmiryolu vağzalındakı qatara minən kimi dedim vəziyyət elə də yaxşı olmayacaq. SV kimi təriflənən vaqondan tövlə iyi gəlirdi. Elə bil burda, bundan əvvəl adam deyil heyvan aparıblar. 21.15-də qatar yola düşəndə özümü idarə etməyə çalışırdım. Bir tərəfdən Bakının tozlu küləyi bir tərəfdən də kupedəki boğunuq hava.  

Mənimlə də bir otaqda olan yoldaşım isə, lül piyan idi. Arada da 3 manatlıq Bakı araqlarından mənə də təklif edirdi. Gördüm yox eee kişi əl çəkən deyil, elə hey təklif edə-edə durur. Dedim “ay dayı, mən mollayam, ölü yerinə gedirəm içki içə bilmərəm!!!” Bundan sonra kişi təklifi dayandırsada, qoca arvadlar kim dayanmadan danışmağa başladı. Kişinin xətrinə dəyməmək üçün, mənə verdiyini “dəyərli” məsləhətlərə başımla “hə” deyə cavab verirdim. Amma kişi dayanmaq bilmirdi...

Əlqərəz, saat 12-1 arası olardı, artıq yorulmşdum. Çölə çıxmaq istədim ki, kupeyə 35-40 yaşlarında qadın daxil olub, çay içib içməməyimizi öyrəndi, hərəyə bir stəkan çay istədim. 15 dəqiqə sonra həmin qadın yenidən gəlib “başqa bir arzunuz?” –deyə sual verdi. Boş stəkanları alıb geri getdi. Saat 2-i olardı, yorğunluqdan kupedən çölə çıxdım. Başqa provodnik qadın, bərkdən “odboy” deyə qışqırırdı. Həmin 35 yaşlı qadın bu dəfə sakitcə yanıma yaxınlaşaraq, söhbət etməyə cəhd etdi.

-          Deyəsən birinci dəfədir qatarla gedirsiz?
-          Hə, elədir!!
-          Hiss olunur. Nə əcəb bundan əvvəl getməmisiz?
-          Yolum düşməyib
-          Yəqin ailəli olarsız?
-          Yox!!
-          Həə, mən də ailəli deyiləm. Bəs mənə bir gecəlik ərlik edə bilərsiniz? Arxada boş kupe var bəlkə ora gedək??

Qıza “yox” cavabım, qızı əməlli başlı çaşdırmışdı. Dediyinə görə, birinci adam oldum ki, onun bu təklifinə rədd cavab vermişdim.

“Qız APİ-nin “İbtidai sinif müəllimi” fakultəsini bitirmişdi. Uzun müddət işsiz olub. Biləsuvardan Bakıya pul qazanmaq üçün gəlmişdi. Amma nə qədər cəhd eləsə də bütün cəhdləri boşa çıxıb. Sonda qatarda “provodnik” işləməyi qərar alıb. 3 ilə yaxındır provodnik işləyir

Dediyinə görə, qatara həm cavan oğlanlar həm də yaşlılar minir. Hansı ilə söhbətim alınsa o gecə şanslıyam.

Qız deyir, burda tək mən belə deyiləm, “burda bizə 120-150 manat verirlər. Bu maaşla nə etmək olar? Həm də, kişilərin seks ehtiyyacı mütləq ödənilməlidir” (gülür)

Açığı faihşə olmağımdan utanmıram, öz istəyimlə hərəkət edirəm. Bu mənim rahatlığımdır, işimdir. Hələ işimdir nədir?? Sevdiyim peşəmdir...

***
Artıq saat səhər 8 olardı bir təhər də olsa yuxuya gedə bilmişdim.  Dostlarım məni gözləyirdi, çəkilişə getməli idik. Qonşu kupedən gülüş səsləri gəlirdi. Şəki stansiyasında düşəndə həmin qızın, başqa adamın yanında deyib-güldüyünü gördüm.... 

2 комментария:

Ibrahim_Niftiyev комментирует...

Yəni belə bir şey birinci dəfə idi ki, eşidirdim. Məlumata görə təşəkkür.....

Анонимный комментирует...

mənim də başıma belə hadisə gəlmişdi :D

Отправить комментарий