Fahişə
hər yerdə fahişədir. Bir sözlə harda “tutdu” orda
Dəmiryolu
vağzalındakı qatara minən kimi dedim vəziyyət elə də yaxşı olmayacaq. SV kimi
təriflənən vaqondan tövlə iyi gəlirdi. Elə bil burda, bundan əvvəl adam deyil
heyvan aparıblar. 21.15-də qatar yola düşəndə özümü idarə etməyə çalışırdım.
Bir tərəfdən Bakının tozlu küləyi bir tərəfdən də kupedəki boğunuq hava.
Mənimlə
də bir otaqda olan yoldaşım isə, lül piyan idi. Arada da 3 manatlıq Bakı
araqlarından mənə də təklif edirdi. Gördüm yox eee kişi əl çəkən deyil, elə hey
təklif edə-edə durur. Dedim “ay dayı, mən mollayam, ölü yerinə gedirəm içki içə
bilmərəm!!!” Bundan sonra kişi təklifi dayandırsada, qoca arvadlar kim dayanmadan
danışmağa başladı. Kişinin xətrinə dəyməmək üçün, mənə verdiyini “dəyərli”
məsləhətlərə başımla “hə” deyə cavab verirdim. Amma kişi dayanmaq bilmirdi...
Əlqərəz,
saat 12-1 arası olardı, artıq yorulmşdum. Çölə çıxmaq istədim ki, kupeyə 35-40
yaşlarında qadın daxil olub, çay içib içməməyimizi öyrəndi, hərəyə bir stəkan
çay istədim. 15 dəqiqə sonra həmin qadın yenidən gəlib “başqa bir arzunuz?”
–deyə sual verdi. Boş stəkanları alıb geri getdi. Saat 2-i olardı, yorğunluqdan
kupedən çölə çıxdım. Başqa provodnik qadın, bərkdən “odboy” deyə qışqırırdı. Həmin
35 yaşlı qadın bu dəfə sakitcə yanıma yaxınlaşaraq, söhbət etməyə cəhd etdi.
-
Deyəsən birinci dəfədir qatarla gedirsiz?
-
Hə, elədir!!
-
Hiss olunur. Nə əcəb bundan əvvəl getməmisiz?
-
Yolum düşməyib
-
Yəqin ailəli olarsız?
-
Yox!!
-
Həə, mən də ailəli deyiləm. Bəs mənə bir gecəlik ərlik edə
bilərsiniz? Arxada boş kupe var bəlkə ora gedək??
Qıza “yox” cavabım, qızı
əməlli başlı çaşdırmışdı. Dediyinə görə, birinci adam oldum ki, onun bu
təklifinə rədd cavab vermişdim.
“Qız
APİ-nin “İbtidai sinif müəllimi” fakultəsini bitirmişdi. Uzun müddət işsiz
olub. Biləsuvardan Bakıya pul qazanmaq üçün gəlmişdi. Amma nə qədər cəhd eləsə
də bütün cəhdləri boşa çıxıb. Sonda qatarda “provodnik” işləməyi qərar alıb. 3
ilə yaxındır provodnik işləyir
Dediyinə
görə, qatara həm cavan oğlanlar həm də yaşlılar minir. Hansı ilə söhbətim alınsa
o gecə şanslıyam.
Qız
deyir, burda tək mən belə deyiləm, “burda bizə 120-150 manat verirlər. Bu
maaşla nə etmək olar? Həm də, kişilərin seks ehtiyyacı mütləq ödənilməlidir”
(gülür)
Açığı
faihşə olmağımdan utanmıram, öz istəyimlə hərəkət edirəm. Bu mənim
rahatlığımdır, işimdir. Hələ işimdir nədir?? Sevdiyim peşəmdir...
***
Artıq
saat səhər 8 olardı bir təhər də olsa yuxuya gedə bilmişdim. Dostlarım məni gözləyirdi, çəkilişə getməli
idik. Qonşu kupedən gülüş səsləri gəlirdi. Şəki stansiyasında düşəndə həmin
qızın, başqa adamın yanında deyib-güldüyünü gördüm....
2 комментария:
Yəni belə bir şey birinci dəfə idi ki, eşidirdim. Məlumata görə təşəkkür.....
mənim də başıma belə hadisə gəlmişdi :D
Отправить комментарий